/ / Şəmkirdə “Ümummilli Lider Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir” mövzusunda konfrans keçirildi
Şəmkirdə “Ümummilli Lider Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir” mövzusunda konfrans keçirildi
28.11.2025 [15:46]
Noyabrın 27-də YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Şəmkir Kimya-Biologiya təmayüllü liseyində “Ümummilli Lider Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir” mövzusunda konfrans keçirildi .
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, İcra Hakimiyyəti başçısının müavinləri Süleyman Zeynallı, Rüfət Sahibsoy, Aynur Abdullayeva, rayon İcra Hakimiyyətinin və partiyanın rayon təşkilatının əməkdaşları, şəhid ailələri, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak etdilər.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, Ulu Öndər Heydər Əliyev fərqli siyasi sistemlər şəraitində Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi mürəkkəb, olduqca təlatümlü mərhələlərdən fövqəladə siyasi uzaqgörənliyi ilə çıxararaq Ümummilli Lider səviyyəsinə yüksəlmiş tarixi şəxsiyyət və böyük dövlət xadimidir.
F.Vəliyev qeyd etdi ki, sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”. Tam məsuliyyətlə deyə bilərik ki, hər bir vətənpərvər insanın yaddaşında əbədiləşmiş möhtəşəm obrazı, prinsiplərinə sadiqliyi və fədakar mübarizəsi ilə Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında qeyd etdi ki, Heydər Əliyev irsi yalnız Azərbaycan xalqı üçün deyil, dünyada haqqın, ədalətin bərqərar olması, beynəlxalq hüququn prinsiplərinin qorunması uğrunda mübarizə aparan bütün xalqlar və liderlər üçün siyasi məktəbdir. Buna görə də yalnız milli bucaqdan deyil, həm də qlobal kontekstdə Ulu Öndərin əzəmətli obrazına nəzər saldıqda, onun mahiyyətini daha dərindən dərk etmək mümkündür.
Çıxış edən digər partiya fəalları da bildirdilər ki, Ümümmilli Lider Heydər Əliyev artıq zaman kontekstinə sığmayan, bütün dövrlərdə öz əzəmətini hiss etdirən dahi şəxsiyyət, böyük liderdir. O, sadə, zəhmətkeş Azərbaycan ailəsində boya-başa çataraq zəngin və nümunəvi həyat yaşamış, müasir dünyanın görkəmli siyasi korifeyləri səviyyəsinə yüksəlmişdir. Azərbaycan xalqı yaddaşına müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunan Ulu Öndərlə fəxr etməkdə haqlıdır və gələcək nəsilləri onun şəxsiyyəti timsalında tərbiyə etməyə mənəvi haqqı var.
Tədbirin sonunda Yeni Azərbaycanın Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

