Azadlığın beşillik Zəfər yolu
01.12.2025 [15:00]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
1 Dekabr – Laçının azad edilməsinin növbəti ildönümüdür. Bu tarix Azərbaycan tarixinin ən mühüm və qürurverici səhifələrindən biridir. 30 ilə yaxın işğal altında qalan Laçının 2020-ci ilin 1 dekabrında Azərbaycana qaytarılması həm Vətən müharibəsinin nəticələrindən biri, həm də dövlətimizin siyasi və hərbi gücünün bariz göstəricisi idi. Laçın tarixi boyunca strateji mövqeyinə görə Qarabağ ilə Azərbaycanın digər bölgələri arasında körpü rolu oynayıb. Məhz buna görə 1992-ci ildə Laçının işğalı həm hərbi, həm də mənəvi baxımdan böyük itki kimi dəyərləndirilirdi. İşğal illəri ərzində Laçının kəndləri dağıdıldı, təbiəti talan edildi, abidələri məhv olundu, sakinləri isə illərlə didərgin düşmüş halda doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədilər. 2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük qələbə regionda yeni reallıq yaratdı və bu reallıq Ermənistanı Laçını döyüşsüz şəkildə 1 dekabr tarixində Azərbaycana qaytarmağa məcbur etdi. Bu gün həmin tarixi hadisədən beş il keçir, lakin o günün sevinci, xalqın yaşadığı qürur və göz yaşları hələ də yaddaşlardan silinmir, çünki Laçının azad edilməsi millətin birliyi və qələbə əzminin ən böyük simvoluna çevrildi. Laçının azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Dağıdılmış infrastruktur yenidən quruldu, tamamilə yeni elektrik, qaz, su və rabitə xətləri çəkildi, yollar, tunellər, körpülər inşa edildi, Laçın şəhəri müasir şəhərsalma prinsipləri ilə yenidən tikildi. Dövlət tərəfindən kəndlərin bərpası sürətləndirildi, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri yenidən istifadəyə verildi və beş il ərzində Laçın sıfırdan dirçəldildi. Bu dövrdə ən sevindirici məqamlardan biri isə laçınlıların öz yurd-yuvalarına geri dönməsi oldu. İllərlə həsrət qalan insanlar dövlətin yaratdığı yeni məhəllələrə, smart kəndlərə köçürülərək öz doğma yurdlarında yenidən həyat qurmağa başladılar. Bu qayıdış Laçının ruhunu yenidən oyatdı və bölgədə həyat canlandı. Təbiəti ilə məşhur olan Laçın bu gün həm də turizm, kənd təsərrüfatı və ekoloji layihələr üçün böyük potensiala malik bölgə kimi inkişaf etdirilir. Dağları, meşələri, yaylaqları və təbii sərvətləri gələcək nəsillər üçün yeni imkanlar açır, infrastrukturun müasir səviyyədə qurulması isə bu potensialın daha da böyüyəcəyinə zəmin yaradır. Artıq Laçın təkcə keçmişdə işğalın ağrılarını yaşamış bir rayon deyil, müasir Azərbaycanın yenidənqurma gücünün simvoludur. 1 Dekabr – Laçının azad edilməsinin beşinci ildönümü Azərbaycan xalqı üçün qürur, zəfər və birlik günüdür. Bu gün biz təkcə tarixi qələbəni yada salmırıq, həm də beş il ərzində görülən böyük işləri, dirçələn həyatın hər addımını, öz yurdlarına qayıdan insanların sevincini qürurla izləyirik. Laçının azadlığı Azərbaycanın yenilməzliyinin, dövlətimizin iradəsinin və xalqımızın sarsılmaz birliyinin ən parlaq rəmzlərindən biri olaraq tarixdə əbədi qalacaq. Bu gün Laçın həm də mədəni baxımdan yeni mərhələyə qədəm qoyub və MDB tərəfindən Mədəniyyət Paytaxtı elan edilməsi onun təkcə Azərbaycanın deyil, regionun mədəni, tarixi və mənəvi mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

