“Xalqın taleyinə yazılmış böyük ömür” mövzusunda tədbir keçirilib
05.12.2025 [17:59]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilat Samux rayonun Kolayır kəndində fəaliyyət göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon 88 nömrəli tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş “Xalqın taleyinə yazılmış böyük ömür” mövzusunda tədbir keçirib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Ofelya Muxtarova, Hidayət Məmmədov və digərləri çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə respublikamıza birinci rəhbərliyi illərində, həm də müstəqillik mərhələsində ölkəmiz və xalqımız üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ən mürəkkəb və taleyüklü mərhələlərində xalqımızın nicat yolu olmuş, müstəqilliyimizin qorunması, ölkədə sabitliyin bərpası və parçalanma təhlükəsinin aradan qaldırılması istiqamətində əvəzsiz tarixi missiya yerinə yetirmişdir.
Natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın israrlı tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin gələcək inkişafının təməlini qoyan dönüş nöqtəsi oldu. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan siyasi böhrandan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoydu. Bu strateji kurs sonrakı illərdə Azərbaycanın regionda lider mövqeyini təmin etdi və xalqımıza bu gün qürurla qeyd etdiyimiz Böyük Zəfərə aparan güclü dövlət əsaslarını formalaşdırdı. Çıxışlarda vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi irsi onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin qətiyyətli liderliyi, müdrik siyasəti və düzgün strateji qərarları nəticəsində Azərbaycan dövlət müstəqilliyini daha da möhkəmləndirib, suverenliyini tam bərpa edib və dünya miqyasında söz sahibi olan güclü dövlətə çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə misilsiz nailiyyətlər əldə etmiş, qlobal proseslərdə etibarlı tərəfdaş olaraq öz mövqeyini möhkəmləndirmişdir. Azərbaycan xalqı bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının bəhrələrini görür və bu yol ölkəmizi daha böyük hədəflərə aparır. Sonda rayonun ictimai-siyasi həyatında və Partiyanın fəaliyyətində fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar verilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48

