Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib
16.12.2025 [16:36]
Müstəqil xarici siyasət suverenliyin təminatıdır. Qlobal və regional miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır. Dövlətin maraqlarını məharətlə müdafiə etmək üçün xarici siyasətin qarşısında duran vəzifələr düzgün müəyyənləşdirilməlidir. Eyni zamanda, məqsədə çatmaq üçün səmərəli və müasir diplomatik mexanizmlərdən yararlanmaq gərəkdir. Xarici siyasət kursunun prioritetləri bu prosesdə istiqamətverici rol oynayır.
XXI əsrin geosiyasi reallıqları, xüsusən də Qərbin siyasi oyunları, enerji təhlükəsizliyi və beynəlxalq hüququn pozulması kimi amillər bir çox ölkələri öz xarici siyasət konsepsiyalarını yenidən nəzərdən keçirməyə vadar edir. Azərbaycan da bu qlobal kontekstdə öz maraqlarını qorumaq və daha etibarlı tərəfdaşlıq modelləri qurmaq üçün xarici siyasətinin coğrafi istiqamətlərini şaxələndirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il 8 dekabr tarixində Slovakiyaya səfəri zamanı mətbuata verdiyi bəyanatda Azərbaycanın öz xarici siyasət prioritetlərini çoxdan müəyyənləşdirdiyini bildirərək “Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir” qeyd etmişdir.
Dövlətimizin başçısının yaradıcı liderliyi haqqında Azərbaycan və dünya mətbuatında araşdırmalar dərc olunur. Bundan başqa, ekspert dairələrində politoloji aspektdə dövlət başçısının siyasi kursunun tədqiqi aparılır. Azərbaycan Prezidentinin siyasi lider kimi kreativliyinin mühüm bir cəhəti son dərəcə çevik addımlar atması ilə bağlıdır. Bu da, faktiki olaraq, dövlət başçısının siyasi fəaliyyətini zamanında təhlil etmək tələbini ortaya qoyur.
Azərbaycan Prezidentinin fəaliyyəti ölkənin xarici siyasət kursunun multivektorluq və multilaterallıq prinsiplərinin növbəti təntənəsidir. İlham Əliyev bütün istiqamətlərdə həm uğurlu liderlik aspektində, həm də Azərbaycanın regional, regionlararası və qlobal miqyaslarda dövlət statusunda geosiyasi rolunun yüksəlməsi kontekstində mühüm uğurlara imza atıb.
Azərbaycan regional lider kimi TDT-də rolunu və yerini daha da möhkəmləndirib. Avropa miqyasında qitənin davamlı inkişafı və təhlükəsizliyi üçün çox vacib dövlət olduğunu sübuta yetirib. Qlobal səviyyədə isə etibarlı tərəfdaş, sülhsevər dövlət və inkişaf paradiqmasına malik ölkə olaraq özünü bir daha təsdiqləyib. Bununla Azərbaycan, faktiki olaraq, yeni növ "orta güc" obrazının formalaşdırılması istiqamətində mühüm bir mərhələyə qədəm qoyub.
Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır. Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamları belə nəzərə alaraq müəyyənləşdirib. Ötən illərin təcrübəsi göstərdi ki, ümummilli liderin formalaşdırdığı siyasət kursu zamanın bütün tələblərinə cavab verir və çox perspektivlidir.
Hazırda Azərbaycanın daxili və xarici siyasət kursu region dövlətləri üçün nümunədir. Ölkə bütün sahələr üzrə davamlı inkişaf edir, beynəlxalq aləmdə onun nüfuzu durmadan artır. Xarici siyasətin prioritet istiqamətlərində əldə edilən uğurlar ümumiyyətlə, daha dinamik diplomatik fəaliyyət göstərməyə imkan verir.
Bütün bunlar ölkənin xarici siyasət kursunun səmərəliliyi və uzaqgörənliyini təsdiq edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətinin əsaslarını bütün müasir tələbləri nəzərə alaraq hazırlayıb. İndi onun təməlini qoyduğu bu çətin və şərəfli iş uğurla davam etdirilir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36

