/ / YAP Kəlbəcər rayon təşkilatında fəal partiya üzvləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib
YAP Kəlbəcər rayon təşkilatında fəal partiya üzvləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib
30.12.2025 [19:52]
Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil edib. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, partiya veteranları, fəal partiya üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP veteranı Vidadi Əliyev, fəallardan Arzu Cəfərova, Bəxtiyar Nəsirov və digər natiqlər tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edərək, bu əlamətdar günlərin xalqımızın milli birlik, həmrəylik və dövlətçilik ideyalarının təcəssümü olduğunu vurğulayıblar. Qeyd olunub ki, 31 Dekabr dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını eyni milli kimlik, eyni amal və ideya ətrafında birləşdirən mühüm tarixi gündür.
Çıxışlarda xüsusi vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində diaspor quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, milli həmrəyliyin möhkəm ideoloji əsasları formalaşdırılmışdır. Bildirilib ki, Heydər Əliyevin müəllifi olduğu bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir.
Natiqlər qeyd ediblər ki, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması milli həmrəyliyimizin və gücümüzün bariz nümunəsi olmuşdur. Bu birlik nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilmiş, tarixi ədalət öz yerini tapmışdır.
Çıxışlarda həmçinin son illərdə ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən, azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edilib. Vurğulanıb ki, milli-mənəvi dəyərlərə sədaqət, dövlətçiliyə bağlılıq və Prezident İlham Əliyevin ətrafında sıx birləşmək Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyətində əsas prinsiplərdən biridir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri təqdim edilib, təşkilatın ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya üzvü fəxri fərmanlarla təltif olunub. Tədbir bayram ovqatı və milli həmrəylik ruhu ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

