/ / Göygöldə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Çoxəsrlik zəngin keçmişdən- çiçəklənən gələcəyə” adlı tədbir keçirilib
Göygöldə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Çoxəsrlik zəngin keçmişdən- çiçəklənən gələcəyə” adlı tədbir keçirilib
06.01.2026 [16:37]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Çoxəsrlik zəngin keçmişdən-çiçəklənən gələcəyə” adlı tədbir keçirilib.
Tədbir zamanı ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbiri giriş sözü ilə açaraq Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişinin olmasının, bu ənənələrin milli mədəniyyətin əsas xüsusiyyətlərinin qorunması ilə ötən dövrlərin memarlıq tendensiyalarına uyğun müasir çağırışlarla uzlaşmasının, o cümlədən ölkənin sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi kimi məqsədlərin mövcudluğunun 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi üçün ciddi bazis rolunu oynadığını bildirmiş, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarının ölkəmizin iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin bariz göstəricisi olduğunu vurğulamışdır.
Vüqar İsayev qeyd etmişdir ki, bu gün Ulu Öndər Heydər Əliyevin memarı olduğu Müstəqil Azərbaycan Respublikası yeni dövrün tələblərinə uyğun olaraq özünün hərtərəfli inkişaf dövrünü yaşayır. Bu sürətli inkişaf və əldə onunan yüksək nailiyyətlər Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı, güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi, Qalib Dövlətin Qalib Lideri Prezident İlham Əliyevin adı ilə bağlıdır və Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirlərində böyük Zəfərinin ardınca işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, o cümlədən əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində atılan addımlar xüsusilə təqdirəlayiqdir.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev çıxış edərək bildirib ki, Qalib Xalqın Qalib Lideri, Prezident İlham Əliyevin misilsiz fəaliyyəti uğurlu inkişafımızın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından çox dəyərlidir və qədirbilən xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Elm şöbəsinin müdiri Yasin Gözəlov, Həmkarlar Təşkilatının sədri Aytən Məmmədova, ərazi partiya təşkilatının fəal üzvü Rasimə Hüseynova və digərləri çıxış etmiş, bütün çıxış və nitqlərdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs olunmuş, Azərbaycanın özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqlədiyi və bu liderliyin əsrlər boyu davam edəcəyi bildirilmişdir.
Tədbirdə Partiya veteranı, Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Qafar Məmmədova 65 illik yubileyi münasibəti ilə YAP Göygöl rayon təşkilatının və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxİdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10

