Nərimanovda 2 fevral Gənclər Günü qeyd olunub
02.02.2026 [15:14]
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə "2 fevral Gənclər Günü" ilə bağlı tədbir keçirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Fuad Əliyev, Nərimanov rayon Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov və fəal gənclər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
Daha sonra Ümummilli lider Heydər Əliyevin və ərazimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Dövlətimizin gənclərə olan diqqət və qayğısını özündə əks etdirən qısa video-çarx tədbir iştirakcılarına təqdim olunub.
Tədbiri giriş sözü ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Fuad Əliyev açaraq 2 fevral Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində mühüm işlərin görülməsidir. Fuad Əliyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdığını bildirib. Əlavə edib ki, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib, həmin vaxtdan etibarən Azərbaycan gəncliyinin yeni erası başlayıb və bu gün də cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gənclərin fəaliyyəti daim dövlətin diqqət mərkəzindədir.
Daha sonra YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, XXI əsrdə Azərbaycanın firavan gələcəyinin təmin olunmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib. Gənclərin millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasında gələcəyimizin qarantı olduğunu deyən A. Abbasov Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin ölkə siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Sədr müavini gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqəli olduğunu bildirərək, ölkədə dövlətin müstəqilliyinin möhkəmləndirilməsinin intellektual səviyyəli kadrların hazırlığından asılı olduğunu vurğulayıb.
Tədbirdə Nərimanov rayon Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov və digərləri nitq söyləyərək Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda intellektual, milli düşüncəyə sahib gənclər formalaşdığını və onların ölkənin ictimai-siyasi həyatında böyük rol oynadığını vurğulayıblar. Natiqlər Ümummilli Lider Heydər Əliyevin gənc kadrların yetişdirilməsinə hər zaman böyük əhəmiyyət verdiyini, bugün də eyni siyasi xəttin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, gənclərin və xalqın əvəzsiz Lideri, ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini diqqətə çatdırıblar.
Çıxışlardan sonra Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin ifasında bədii hissə təqdim olunub.
Sonda bir qrup gənc aktiv fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunub və xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

