Qubadlı ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirib
26.02.2014 [09:37]
Dünən Qubadlı ictimaiyyəti Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirib. Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının təşkilatçılığı ilə İşıqlı kənd tam orta məktəbinin məskunlaşdığı binada keçirilən tədbirdən öncə Xocalı soyqırımına aid sərgi nümayiş olunub.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev bildirib ki, tarixin bütün dönəmlərində Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən ermənilər 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutublar. Xocalıda törədilən dəhşətli soyqırımını bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayət adlandıran A.Haqverdiyev deyib ki, ermənilərin törətdiyi terror nəticəsində Xocalı şəhərində 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq olmaqla 613 nəfər şəhid olub, 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib: “Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş ən böyük vandalizm aktlarından biri idi. Ermənilər, hətta müharibə qanunlarını belə pozaraq dinc əhalini böyük işgəncələrlə qətlə yetiriblər. Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində Xocalı soyqırımı öz hüquqi qiymətini alıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət Xocalı həqiqətlərinin dünya tərəfindən qəbul olunması və xalqımızın bu savaşda qalibiyyəti ilə nəticələnəcək”.
Daha sonra çıxış edən Xocalı sakini, həmin dəhşətləri yaşamış Aydın Əliyev erməni təcavüzkarlarının Xocalıda törətdikləri vəhşiliklər haqqında geniş danışıb.
Anım tədbirində çıxış edən digər natiqlər bildiriblər ki, Azərbaycanın hər bir vətəndaşı inanır ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinə nail olacağıq. Vurğulanıb ki, bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Dövlətimizin siyasəti, Heydər Əliyev Fondunun bu yöndə fəaliyyəti nəticəsində bu sahədə müsbət nəticələr əldə edilib.
Tədbirdə Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib. Məktəblilər tərəfindən faciəyə həsr edilən səhnəciklər göstərilib, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səslənib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

