YAP Nərimanov rayon təşkilatında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib
28.05.2014 [12:56]
Dünən Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri açan Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Xalq Cümhuriyyətinin o dövrdə xalqımız üçün ciddi işlər gördüyünü bildirib. O deyib ki, Cümhuriyyət hökumətinin qərarları və parlamentin qəbul etdiyi qanunlar özünün demokratikliyi ilə mühüm əhəmiyyət kəsb edib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında tarixə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb, cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib. Təşkilat sədri bu dövlətin müstəqilliyinin qısamüddətli olduğunu qeyd edərək bununla belə iki il ərzində böyük işlərin gördüyünü, dövlət quruculuğunda qazandığı uğurları, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğulayıb. T.Tağıyev qeyd edib ki, bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisdir. Onun sözlərinə görə, müstəqilliyin əldə edilməsi heç də asan olmayıb, onun əldə olunması və qorunub saxlanılması naminə minlərlə qəhrəman Vətən övladları canlarından keçiblər.
Tədbirdə, həmçinin, Nərimanov rayonu Ağsaqqallar Şurasının sədri Mirələm Qasımov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nurulla Məmmədov və Odlar Yurdu Universitetinin tələbəsi Günay İmanova çıxış ediblər. Çıxışlarda Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyindən, həmin dövrdə hökm sürən anarxiya, xaosun ölkəmiz üçün böyük təhlükə yaratdığından bəhs olunub. Yalnız 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün təhlükələrin aradan qaldırıldığı, dövlətçiliyin əsaslarının formalaşdırıldığı və ölkənin inkişaf strategiyasının müəyyənləşdirildiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə dövlətimizin mövqeyi daha da möhkəmləndirilib, regional müstəvidə təsir imkanları artıb və Azərbaycan bütün sahələrdə uğurlar qazanmaqdadır. Tədbirdə, həmçinin, dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin dönməz, sarsılmaz və əbədi olduğuna əminlik ifadə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17

