YAP Gənclər Birliyinin “Yay məktəbi” uğurla davam edir
09.07.2014 [10:41]
İyulun 6-dan 11-dək davam edəcək YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin ilk turunun üçüncü günü artıq arxada qalıb. 100-ə yaxın fəal gəncin iştirak etdiyi Lerik “Yay məktəbi”ndə “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf dövrü və ölkəmizin beynəlxalq aləmdə yeri və rolu” mövzusunda təlim keçirilib.
Qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib ki, müstəqil dövlətimizin bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün ötən 23 ilə yaxın dövrdə keçilən yola qısaca nəzər salmağa böyük ehtiyac duyulur. 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktının qəbul olunmasına baxmayaraq, xalqımız bu sevinci yalnız Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Müstəqilliyimizin ilk illərində yaşanan durum hər kəsə bəllidir. Çətin bir məqamda xalq üzünü öz xilaskarına - Ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli liderin xalqın bu çağırışına müsbət cavabı bir daha bu həqiqəti təsdiqlədi ki, Onun üçün hər şeydən əziz xalqı, Vətəni, torpağıdır. Tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 İyundan başlanan yol Azərbaycanı böyük inkişafa, tərəqqiyə apardı. Ümummilli lider sabitliyin möhkəmləndirilməsi, bütün sahələrdə inkişafın sürətləndirilməsi üçün atəşkəs sazişinin imzalanmasının zəruriliyini önə çəkdi və bu istiqamətdə ciddi səylər göstərməyə başladı.
V.Rəhimzadə vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin düşünülmüş daxili siyasəti nəticəsində Azərbaycan çox qısa zamanda sabitlik diyarına çevrildi ki, bu da əlverişli biznes mühitinin yaradılmasına stimul oldu. Bildirilib ki, daxili siyasətin davamı kimi dəyərləndirilən xarici siyasət sahəsində də uğurlu addımların əsası məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra qoyulub.
Qrup rəhbəri qeyd edib ki, 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanarq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son on ilin statistikası bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Bildirilib ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Ölkəmiz, demək olar ki, hər ay, hər gün beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də deyilənlərin təsdiqidir. Bir əsas faktı da qeyd etməliyik ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, siyasi çəkisinin təsdiqi olmaqla yanaşı, eyni zamanda, gələcəyinə inamın göstəricisidir.
V.Rəhimzadə çıxışında diqqəti Prezident İlham Əliyevin Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində səsləndirdiyi fikirlərə yönəldib. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, Azərbaycan müstəqil siyasət aparır və bundan sonra da aparacaq. V.Rəhimzadə bildirib ki, uğurlarımıza qısa baxış bu gerçəkliyi bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar gözləyir. Bu inama əsas verən başlıca amil isə Heydər Əliyev siyasəti və xalqın bu siyasətə böyük dəstəyidir. Xalq-iqtidar birliyinin sarsılmazlığı, möhkəmliyi uğurların davamlılığında əsasdır.
Sonra təlim “Azərbaycan gəncliyi və dini tolerantlıq” mövzusunda müzakirələrlə davam etdirilib. Qrup rəhbəri Vüqar Rəhimzadə bildirib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs, tolerant dövlət modelinin yaradılması ənənələri bu gün uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, Azərbaycan nəinki İslam aləmində, həmçinin, bütün dünyada tolerant ölkə kimi tanınır. Sovet dönəmində bağlanılmış, dağıdılmış məscidlərin açılmasına və ya yeni məscidlərin inşasına xüsusi nəzarət edən Ulu öndər, sözün əsl mənasında, tolerant siyasət yürüdərək digər dinlərə də yardım və dəstək verib. V.Rəhimzadə qeyd edib ki, dini dözümlülük, multikulturalizm, əsasən, xalqın psixoloji durumundan, insanların psixoloji portretindən asılı olmaqla, böyük tarixi inkişaf prosesinin təsiri nəticəsində formalaşıb. Mövcud olan tarixi reallıq və ənənələri nəzərə almaqla, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirən Prezident İlham Əliyev Azərbaycanı tarixinin mürəkkəb sınaq dövrünü yaşayan müsəlman dünyasının sabit ölkəsinə çevirə bildi. Hazırda Azərbaycan multikulturalizm və dini tolerantlığın unikal məkanına çevrilib.
Sonra “Azərbaycan gəncliyi və dini tolerantlıq” mövzusunda təlimi davam etdirən moderator Tale Mürşüdzadə qeyd edib ki, Azərbaycan yeganə müsəlman ölkəsidir ki, burada islam məzhəblərarası ziddiyyətləri nəzərə çarpmır. Azərbaycanda müxtəlif etiqadlı müsəlmanlar xoş, mehriban, qardaşlıq şəraitində yaşayırlar.
Gənclərdən Cavid Fərzullayev, Tural Əliyev, Əminə Kazımlı, Orxan Muxtarov, Şahmar Hüseynov, Nihad Mahmudlu, Mehdi Namazov, Vüsal Rzayev, Vəfa Ələkbərova, Elvin Dadaşov, Ramin Həsənov, Xətai Abdullayev, Aysel Məmmədova, Elmir Bağırov, Aliyə Ağrılı, Musa Feyzullayev, Murad Həsənov və başqaları ölkəmizdə olan dini tolerantlığın müasir gəncliyə müsbət təsiri və əhəmiyyətindən söz açaraq bildiriblər ki, Azərbaycanın ən dəyərli sərvətlərindən olan dini tolerantlığı qoruyub saxlamaq və sonrakı nəsillərə ötürmək zərurəti bu gün həmişəkindən daha aktualdır.
Günün ikinci yarısında gənclər arasında futbol və üzgüçülük yarışları keçirilib. Sonda gənclərin iştirakı ilə interaktiv oyunlar təşkil edilib.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

