“Yay məktəbi”nin Lerik turunun III mərhələsi başa çatıb
25.07.2014 [10:04]
Son gün Lerik rayonunun gəzməli yerlərinə ekskursiya təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin Lerik turunun III mərhələsi başa çatıb. İyulun 20-dən 25-dək davam edən məktəb çərçivəsində hər birində 80-ə yaxın fəal gənc olan qrupdakı üzvlər keçirilən seminar-diskussiyalara, təlimlərə qatılaraq bilik və bacarıqlarının artırılmasına nail olublar.
Son gün gənclərin təşəbbüsü ilə “Bələdiyyə seçkilərinə hazırlıq” mövzusunda təlim keçirilib. Təlimi giriş sözü ilə açan Milli Məclisin deputatı, YAP Qadınlar Şurası sədrinin müavini Sevinc Hüseynova bildirib ki, bütün siyasi kampaniyalarda Azərbaycan xalqının yüksək etimadını qazanan, sıralarında 630 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə də mütəşəkkilliklə hazırlaşmalıdır: “Ölkəmizdə cəmi 15 il bundan əvvəl yaranmış yerli özünüidarəetmə institutları - bələdiyyələr ötən illərdə xeyli təcrübə toplayıb, fəaliyyət istiqamətləri artıb. Dövlət orqanları ilə əhali arasında körpü rolunu oynayan bələdiyyələr yerləşdikləri ərazilərdə yaşayan əhalinin təkliflərinin həyata keçirilməsində, abadlıq işlərinin aparılmasında təşəbbüskarlığını artırırlar. Ölkəmizdə bələdiyyə institutları yeni formalaşsa da, artıq özünü doğruldan struktur kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Ötən dövrdə bələdiyyələrin həyatında bir sıra yeniliklər oldu, qanunvericilik bazası təkmilləşdirildi, bələdiyyələrin cəmiyyətdə nüfuzunun artırılması, yerlərdə mövcud problemlərin araşdırılaraq həlli istiqamətində mühüm işlər görüldü. Bələdiyyələrin əsas vəzifələrindən biri vətəndaşlarla hakimiyyət arasında əlaqələndirici funksiyasını yerinə yetirmək və əhaliyə daha yaxın olmaqdan ibarətdir. Bu baxımdan, bələdiyyələr fəaliyyətlərini günün tələblərinə uyğunlaşdırır, təşəbbüskarlıqlarını artırır və əhalidə yerli özünüidarəetmə orqanlarına inamı gücləndirirlər. Bələdiyyələrin qarşısında duran vəzifələrin icrası, onların fəaliyyətinin səmərəliliyinin artırılması, mövcud resursların yerli səviyyədə müəyyən edilmiş hədəflərə, sosialyönümlü məsələlərin həllinə yönəldilməsi bələdiyyə kadrlarından birbaşa asılıdır. Məlum olduğu kimi, ölkədə aparılan quruculuq işlərində avanqard, mütəşəkkil qüvvə kimi özünü doğruldan Yeni Azərbaycan Partiyasını bələdiyyələrdə təmsil edən üzvləri həmişə təşəbbüskarlıqları ilə seçilib. Mən də öz növbəmdə sizləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıram”.
Təlimdən sonra Lerik rayonunun görməli-gəzməli yerlərinə ekskursiya təşkil olunub. Axşama doğru isə gənclərin hazırladığı ssenari əsasında müxtəlif əyləncə proqramları reallaşıb. Bağlanış mərasimində, həmçinin, bir qrup fəal gəncə fəxri fərmanlar təqdim olunub. Gənclər onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə, YAP-ın İcra Katibliyinə təşəkkürlərini bildiriblər. Bu fikir xüsusi vurğulanıb ki, göstərilən etimadı əməli işləri ilə doğrultmağa çalışacaqlar.
Sonda öz təəssüratlarını bölüşən qrup rəhbəri, Milli Məclisin deputatı, YAP Qadınlar Şurası sədrinin müavini Sevinc Hüseynova bildirib ki, “Yay məktəbi” layihəsi Cənubi Qafqazda ən böyük siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının gənclərə olan diqqət və qayğısından irəli gələn bir layihədir: “Artıq Lerik rayonunda təşkil olunan “Yay məktəbi”nin III turu arxada qalır. Layihənin məqsədi gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynamaq, istedadlı gəncləri üzə çıxarmaqdır. Burada beş gün ərzində diskussiya şəklində davam edən təlimlər və debatlar, eləcə də, intellektual oyun və idman yarışları gənclərə öz potensial imkanlarını ortaya qoymaları üçün gözəl şərait yaradır. Bu reallıq arxada qalan hər gündə özünü təsdiqləyir ki, gənclərin fəallığının artırılması mütləqdir və bu istiqamətdə səylər göstərilir. 2007-ci ildən start verilən “Yay məktəbi”nin 8-ci ilindəki gəncləri layihənin ilk dövründəki gənclərlə müqayisə etdikdə böyük irəliləyişin şahidi oluruq. Prezident İlham Əliyev də çıxışlarında daim gənclərin böyük potensiala malik olduğunu önə çəkərək bildirir ki, müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Mən burada xeyli gənclərin siyasi və ictimai fəallığının yüksək səviyyədə olduğunu gördüm. Proqram əsasında keçirilən təlim və seminarlardan əlavə olaraq, gənclər tərəfindən də irəli sürülən bir sıra maraqlı mövzular müzakirə olundu. Bu isə o deməkdir ki, gənc YAP-çıların layihəyə marağı hər il daha da artır. Bir sözlə, “Yay məktəbi”ndə təmsil olunan gənclər çox bacarıqlı, yetkin, davranışları ilə örnək olan gənclərdir”.
Layihənin Lerik turunun iştirakçıları “Yay məktəbi”nin onlarda xoş təəssüratlar yaratdığını vurğulayıblar. YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov bildirib ki, “Yay məktəbi” layihəsi 2007-ci ildən başlayaraq keçirilir: “YAP sıralarında təmsil olunan gənclər arasında ünsiyyət və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından bu cür layihə xüsusi önəm kəsb edir. Çünki gənclərimiz sabahımızın, gələcəyimizin qurucuları, aparıcı qüvvələridir. Bütün bunları nəzərə alaraq, demək olar ki, bu gün ölkəmizdə gənclərə yüksək diqqət və qayğı mövcuddur. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur, həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard, aktiv qüvvəsinə çevrilib. “Yay məktəbi” müxtəlif proqramlar çərçivəsində gənclərin təmsil olunmaları üçün ən yaxşı amil kimi dəyərləndirilə bilər”.
YAP Bərdə rayon təşkilatının fəal üzvü Pərvin Quluzadə “Yay məktəbi” düşərgəsində ilk dəfə iştirak etdiyini deyib: “Burada müxtəlif bölgələrdən olan YAP-çı gənclərlə dost oldum, “Relaks” kimi gözəl bir istirahət mərkəzində istirahət etməklə bərabər, siyasi və intellektual biliyimi də artırmış oldum. Ümumiyyətlə, bütün kollektiv çox fəal idi. “Yay məktəbi” Prezidentimiz İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi qayğının növbəti ifadəsidir. Azərbaycan gəncliyi isə, öz növbəsində, Ümummilli lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin siyasi kursuna daima sadiq qalacaqdır. Beş gün ərzində həyata keçirilən diskussiyalar zamanı aydın oldu ki, bugünkü gənclik öz Vətənini, Prezidentini sevir və Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda tərbiyə olunur”.
YAP Nərimanov rayon təşkilatının fəalı Xədicə Hüseynova da “Yay məktəbi”ndə ilk dəfə iştirak etdiyini bildirib. Onun fikrincə, bu layihənin keçirilməsi gənclərin yeni siyasi biliklərə yiyələnməsi, dünyagörüşünün inkişafı, onların asudə vaxtlarının səmərəli keçirilməsi, dostluq əlaqələrinin yaranması baxımından çox əhəmiyyətlidir: “Öz adımdan deyə bilərəm ki, mən burada çox şey öyrəndim və yeni dostlar qazandım. Bu gözəl kollektivdə olduğuma görə ümumilikdə YAP rəhbərliyinə və “Yay məktəbi”nin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm. Ümid və arzu edirəm ki, növbəti illərdə də belə layihələrdə iştirak edəcəm”.
YAP Şabran rayon təşkilatının üzvü Seymur İbrahimov bildirib ki, layihə çərçivəsində müxtəlif intellektual oyunlar, idman yarışları və ən əsası da, təlim və seminarlar siyasi bilik və bacarıqlarımızı artırmaq üçün əla şans idi: “Bu layihələrin davamlı olmasını istəyirik. Yaradılan bütün bu şəraitə görə partiya rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
YAP Qaradağ rayon təşkilatının fəal üzvü Tural Qurbanov isə qeyd edib ki, “Yay məktəbi” layihəsi gənclərimiz üçün təşkil olunan ən gözəl layihələrdən biridir: “Bu layihədə iştirakım sayəsində bir neçə yeni dost qazandım. Eyni zamanda, təşkil olunan seminarlar, müxtəlif maraqlı mövzular ətrafında diskussiyalar dünyagörüşümü daha da artırdı və günlərin necə keçdiyini hiss etmədim “.
Taleh Bağırov, “İki sahil”
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42

