YAP Ağcabədi rayon təşkilatında bələdiyyə seçkilərinə ciddi hazırlıq gedir
12.11.2014 [09:54]
Rövşən Əhmədov: Hazırda bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülənlər üçün imzatoplama kampaniyası həyata keçirilir
“Yeni Azərbaycan Partiyasının bütün şəhər və rayon təşkilatlarında olduğu kimi, partiyanın Ağcabədi rayon təşkilatında da bələdiyyə seçkilərinə ciddi hazırlıq gedir. Partiyanın İcra Katibliyinin seçkilərlə bağlı verdiyi tövsiyə və tapşırıqları zamanında və keyfiyyətli şəkildə yerinə yetirmək üçün rayon təşkilatının hər bir üzvü səfərbər olunub. Seçkilərə hazırlıqla bağlı bütün işləri YAP Ağcabədi rayon təşkilatının 15 nəfərdən ibarət Seçki Qərargahı koordinasiya edir”.
Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında YAP Ağcabədi rayon təşkilatının, həmçinin, rayon təşkilatının Seçki Qərargahının sədri Rövşən Əhmədov deyib. Onun sözlərinə görə, bələdiyyə seçkilərinə hazırlıqla bağlı hazırlanmış plana müvafiq olaraq bir sıra addımlar atılıb: “Belə ki, ilk olaraq rayon ərazisində yaşayan bütün seçicilərin siyahısı dəqiqləşdirilərək, YAP Ağcabədi rayon təşkilatının kompüter bazasına yığılıb. Bunun ardınca isə seçkilərdə rayon təşkilatı tərəfindən dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər müəyyən edilib. Eyni zamanda, Seçki Qərargahında fəaliyyət göstərəcək təşviqat qruplarının tərkibi və seçici imzası toplayan YAP fəalları müəyyən edilib”.
Rövşən Əhmədov onu da deyib ki, hazırda YAP Ağcabədi rayon təşkilatı 98 ilk partiya təşkilatında 11180 nəfər partiya üzvünü birləşdirir. Onlardan 5016 nəfərini qadınlar (44,9%), 4415 nəfərini isə gənclər (39,5%) təşkil edir. Onun sözlərinə görə, Ağcabədi rayonu ərazisində 2 Seçki Dairəsi fəaliyyət göstərir: “82 saylı Ağcabədi Seçki Dairəsi üzrə 46 seçki məntəqəsində 44405 nəfər, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi üzrə 27 seçki məntəqəsində 20464 nəfər seçici olmaqla ümumilikdə rayon üzrə seçicilərin sayı 64869 nəfərdir”.
Rövşən Əhmədov əlavə edib ki, Ağcabədi rayonu üzrə 1 şəhər, 1 qəsəbə, 39 kənd bələdiyyəsi olmaqla 41 bələdiyyə var. Həmin bələdiyyələr üzrə 359 nəfər bələdiyyə üzvü seçilməlidir. YAP Ağcabədi rayon təşkilatı tərəfindən bütün yerlər üçün 359 nəfər YAP fəalının bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb: “Onu da deyim ki, namizədlər irəli sürülərkən gənclərə və qadınlara üstünlük vermişik. Hazırda bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülənlər üçün imzatoplama kampaniyası həyata keçirilir. Bu kampaniyanı qısa müddət ərzində başa çatdırmaq üçün 100 nəfərə yaxın YAP fəalı imza toplamağa cəlb edilib. YAP Ağcabədi rayon təşkilatı irəli sürülən namizədlərin seçki dairələrində namizədlikləri qeydə alındıqdan sonra təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi üçün lazımi hazırlıq işlərini həyata keçirəcək”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

