YAP bu seçkilərdə də möhtəşəm qələbə qazanacaq
02.12.2014 [09:52]
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurla start verib
Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatı da təbliğat - təşviqat kampaniyasına uğurla start verib. Dünən rayon təşkilatında yaradılan Seçki Qərargahının üzvləri ilə və Lökbatan qəsəbəsi üzrə bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib. Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlər haqqında məlumat verib. O deyib ki, bələdiyyələr demokratik bir təsisat kimi vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun - bələdiyyələrin fəaliyyəti vacibdir.
Yeni Azərbaycan Partiyasının bu seçkilərə ciddi şəkildə hazırlaşdığını vurğulayan Siyasi Şuranın üzvü deyib ki, YAP seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malikdir. Onun sözlərinə görə, bələdiyyə seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunur: “Partiyanın Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, tərtib olunmuş plan üzrə işlərimizi davam etdiririk. Seçkilər üzrə böyük təcrübə qazanmış xeyli sayda mütəxəssislərimiz var ki, onlar kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunurlar. Eləcə də, müşahidəçi funksiyasını yerinə yetirən fəallarımız var. Bizim təşkilatın minlərlə üzvü seçki proseslərində böyük fəallıq göstərir. Bu gündən təbliğat kampaniyasına start vermişik. Artıq Seçki Qərargahının və təbliğat qrupunun üzvləri təyin olunmuş yerlərdə təbliğat lövhələrinə şüar və namizədlərin portretlərini yapışdırıblar. Bundan sonra isə seçicilərlə görüşlərə start veriləcək. Kampaniya ərzində bütün seçicilərlə görüşəcək, onlarla ünsiyyət yaradacağıq”.
Aydın Hüseynov qeyd edib ki, Qaradağ rayonunda 11 bələdiyyə fəaliyyət göstərir: “YAP bu bələdiyyələr üzrə müvafiq yerlərin hamısına öz namizədlərini irəli sürüb. İnanırıq ki, YAP növbəti möhtəşəm qələbəsini qazanacaq”.
Tədbirdə daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov, Gənclər Birliyinin sədri Ramiz Yusubov, həmçinin, Zaməddin Həmşəyev, Təhməz Abbasov, Əlzamin Abbasov və digərləri də ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə daha bir inamlı qələbə qazanacağına əminliklərini ifadə ediblər.
Dünən, həmçinin, YAP Qaradağ rayon təşkilatında yaradılan Seçki Qərargahının və təbliğat qrupunun üzvləri təyin olunmuş yerlərdə təbliğat lövhələrinə şüar və namizədlərin portretlərini yapışdırıblar, seçicilərə buklet və broşürlar paylayıblar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

