Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağstafa rayon təşkilatı uğurlu təbliğat kampaniyası həyata keçirəcək

YAP Ağstafa rayon təşkilatı uğurlu təbliğat kampaniyası həyata keçirəcək

02.12.2014 [10:14]

Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinin təbliğat mərhələsinə uğurla start verib. Artıq təbliğat-təşviqat prosesinin başladığı gün partiyanın təbliğat plakatları qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilmiş yerlərdə lövhələrə vurulmağa başlanıb.
Bu proses YAP Ağstafa rayon təşkilatı tərəfindən də həyata keçirilib. Təşkilatın sədri Ramiz Tatarov bildirib ki, plakatların, təşviqat materiallarının lövhələrə vurulması prosesinə təşkilatın gənc fəalları cəlb olunublar. Onun sözlərinə görə, bu işdə Seçki Qərargahının üzvləri də yaxından iştirak ediblər.
R.Tatarov deyib ki, YAP Ağstafa rayon təşkilatı tərəfindən rayonun 29 bələdiyyəsi üzrə 265 nəfər namizəd irəli sürülüb. “Bu namizədlərin təbliğatı üçün 27 nəfərdən ibarət təbliğat qrupu yaradılıb. Dekabrın 1-dən başlayaraq həmin qrup yerlərdə əhali ilə görüşərək xüsusi qrafik üzrə Yeni Azərbaycan Partiyasından olan namizədlərin təbliğatı ilə məşğul olacaqlar”, - deyə R.Tatarov vurğulayıb.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 849 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30