/ / YAP Şamaxı rayon təşkilatında ilk dəfə səs verən seçicilərlə və bələdiyyələrə namizədlikləri irəli sürülmüş gənclərlə görüş keçirilib
YAP Şamaxı rayon təşkilatında ilk dəfə səs verən seçicilərlə və bələdiyyələrə namizədlikləri irəli sürülmüş gənclərlə görüş keçirilib
17.12.2014 [10:16]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ilk dəfə səs verən seçicilərlə və bələdiyyələrə namizədlikləri irəli sürülmüş gənclərlə görüş keçirib. Tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq bildirib ki, bir sıra siyasi partiyaların iştirak edəcəyi bələdiyyə seçkilərinə YAP Şamaxı rayon təşkilatı mütəşəkkilliklə hazırlaşır. B.Abbasov vurğulayıb ki, zəngin seçki təcrübəsinə malik olan rayonda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı nümayiş olunub. B.Abbasov rayon seçicilərinin tərəqqiyə, inkişafa - YAP-ın namizədlərinə səs verəcəklərini qeyd edib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə cəmiyyətdə gənclərin artan rolundan danışaraq bildirib ki, Azərbaycan gənci bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur və partiyamız bundan sonra da bu tendensiyanın genişlənməsi üçün zəruri tədbirlər həyata keçirəcək. Vüqar Rəhimzadə vurğulayıb ki, seçkilərdə gənc namizədlərin sayının artması partiyamızın gənclərə olan etimadının bariz nümunəsidir.
Tədbirdə çıxış edən YAP Siyası Şurasının üzvü, Yeni Azərbaycan Pariyası Gənclər Birliyinin sədri Seymur Orucov qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üçün ciddi hazırlığın vacibliyini önə çəkərək bildirib ki, devizi “Rifah və quruculuq naminə” olan Yeni Azərbaycan Partiyası bu seçkilərdə də fəal iştirak edir. S.Orucov bələdiyyə seçkilərində gənclərin rolundan danışaraq vurğulayıb ki, gənclər cəmiyyətimizin ən aktiv üzvləridir. “Bu gün dövlətimizin yaratdığı əlverişli şərait nəticəsində gənclərimiz yüksək səviyyədə təhsil alır və əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək üçün onların qarşısında geniş imkanlar açılıb. Bələdiyyələrdə iştirak da bu imkanlardan biridir. Bu baxımdan, dekabrda keçiriləcək bələdiyyə seçkilərində namizədlərimizin arasında gənclər 30-35 faiz təşkil edir”.
YAP Şamaxı rayon təşkilatı tərəfindən irəli sürülən namizədlər vurğulayıblar ki, bütün seçkilərdə aktivlik göstərən şamaxılılar güclü Azərbaycan dövləti, ölkəmizin davamlı inkişafı, sabitliyi, hər kəsin rifahı naminə seçkilərdə fəal iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

