YAP-ın fəaliyyəti Azərbaycanın milli maraqlarına əsaslanır
17.12.2014 [10:18]
YAP Tərtər rayon təşkilatı tərəfindən irəli sürülən namizədlərlə növbəti görüş keçirilib
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası Tərtərdə də uğurla davam edir. Belə ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində dekabrın 15-də YAP tərəfindən namizədlikləri irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlərlə növbəti görüş keçirilib. Görüşdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib ki, Tərtər rayonu üzrə iki Seçki Dairəsi mövcuddur: “95 saylı Tərtər və 97 saylı Goranboy-Tərtər-Ağdam Seçki Dairəsi”.
Ramiz Şabanovun sözlərinə görə, Tərtər rayonu üzrə ümumilikdə 25 bələdiyyəyə seçki keçiriləcək ki, onlardan 1-i şəhər, 24-ü isə kənd bələdiyyələridir: “Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı 25 bələdiyyə üzrə seçkilərdə iştirak etmək üçün 229 nəfər partiya üzvünün namizədliyini irəli sürüb. Bu namizədlərin 40 faizdən çoxunu qadınlar və gənclər təşkil edir”.
Natiq, eyni zamanda, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinin şəksiz qələbə qazanacaqlarına əmin olduğunu bildirib.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov isə bələdiyyələrin son 5 ildəki fəaliyyətlərindən, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, Azərbaycan xalqının sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin nəticələrindən danışıb. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində cəbhə bölgəsi olan Tərtər rayonunun da siması xeyli gözəlləşib, insanların yaşayış səviyyəsi yüksəlib.
Kərim Kərimov, həmçinin, qeyd edib ki, YAP yarandığı gündən müstəqil Azərbaycanın qüdrətlənməsi üçün ardıcıl siyasət yeritdiyindən ümumxalq partiyasına çevrilib. Bu mənada onunla rəqabət apara biləcək ikinci bir siyasi qüvvə yoxdur: “Partiyanın fəaliyyəti Azərbaycanın milli maraqlarına əsaslanır. Ona görə də, bu siyasətə dəstək üçün Tərtər seçicilərinin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərinə inanıram”.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

