YAP-ın İqtisadi məsələlər komissiyasının iclası keçirilib
12.02.2015 [10:04]
Eldar İbrahimov: Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün böyük potensial var
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının iclası keçirilib. İclasda komissiya üzvləri, Milli Məclisin deputatları və partiyanın bir qrup fəal üzvü iştirak edib. Tədbirdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının nəticələri və 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması ilə bağlı məsələlər müzakirə olunub.
Komissiyanın sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib ki, uğurlu Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ölkəmizin bütün bölgələri dinamik inkişaf edir. Bu məsələnin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyən E.İbrahimov dövlət başçısının mütəmadi olaraq bölgələrə səfər etdiyini, görülən işlərlə birbaşa maraqlandığını vurğulayıb. “Bu yaxınlarda “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair (2014-2018) Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Konfransda Prezident İlham Əliyev dərin məzmunlu, proqram xarakterli çıxış etdi. Hesab edirəm ki, hər birimiz dövlət başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində bütün gücümüzü səfərbər etməliyik”, - deyə komissiya sədri vurğulayıb.
Azərbaycanda aqrar sahənin də inkişafına xüsusi diqqət göstərildiyini bildirən E.İbrahimov 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunmasının bu sektora qayğının bariz nümunəsi olduğunu qeyd edib. “Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün böyük potensial var”, - deyən E.İbrahimov bildirib ki, hazırda ölkəmizdə kənd təsərrüfatı üçün yararlı olan 4 milyon hektar torpaqdan cəmi 1,7 milyon hektar ərazi istifadə olunur. Onun sözlərinə görə, gələcəkdə bu potensialdan tam istifadə etmək üçün tədbirlər görülür. Belə ki, həmin torpaqların da istifadə olunması nəticəsində ərzaq təhlükəsizliyi tam təmin olunacaq. Əhalinin artımı nəzərə alınsa, bu da çox əhəmiyyətlidir.
“Bu da o deməkdir ki, kənd təsərrüfatının inkişafı üçün böyük potensial mövcuddur. Artıq ölkədə iri fermer təsərrüfatlarının yaradılmasına başlanıb. Bu təsərrüfatlardan əldə edilən məhsuldarlıq digərləri ilə müqayisədə xeyli çoxdur. Bilirsiniz ki, Beyləqan və Ağcabədi rayonları ərazisində ümumilikdə 4800 hektar sahədə böyük pilot taxılçılıq təsərrüfatı yaradılıb. Həmin təsərrüfatda suvarma sistemində və digər məsələlərdə yeni texnologiyalar tətbiq olunur. Bunun nəticəsidir ki, hər hektardan 55 sentner taxıl, 111 sentner isə qarğıdalı götürülür.
Ötən il parlamentin Aqrar siyasət komitəsini təmsil edən deputatlar olaraq Ağcabədi rayonuna gedib həmin təsərrüfatla tanış olduq. Qeyd edim ki, həmin pilot təsərrüfatının yaxınlığında iribuynuzlu mal-qara təsərrüfatı da var. Mən Almaniyanın Saksoniya əyalətində fermer təsərrüfatını necə görmüşdümsə, Ağcabədidə də o cür təsərrüfat yaradılmışdı. Yəni artıq bizdə də belə böyük, müasir texnologiyaların tətbiq olunduğu fermer təsərrüfatları yaradılır. Bu fermer təsərrüfatında sağılan süd isə yaxınlıqda yerləşən “Atena” süd zavoduna verilir və orada süd məhsulları istehsal olunur. Bu müəssisədə də müasir texnologiyalar tətbiq olunur. Nəzərə alsaq ki, belə təsərrüfatların sayı gələcəkdə xeyli artacaq, onda aqrar sahədə daha böyük inkişaf müşahidə edəcəyik”, - deyə E.İbrahimov vurğulayıb. Bu sahədə qanunvericiliyin də təkmilləşdirildiyini deyən komissiya sədrinin sözlərinə görə, “Kooperasiya haqqında” qanun layihəsi hazırda Prezident Administrasiyasının müvafiq şöbəsində işlənilir. Yəqin ki, sənəd yaxın vaxtlarda parlamentə təqdim olunacaq. Digər sənəd isə “İnformasiya məsləhət xidməti haqqında” qanun layihəsidir. Bu layihə də vacib məsələləri özündə ehtiva edir. Qanun kənd təsərrüfatı istehsalçılarına, sahibkarlara elektron xidmət göstərməyi nəzərdə tutur. Məsələn, fermer internet vasitəsilə istehsal etdiyi məhsullar haqda məlumat verəcək, eyni zamanda, özünə bazar axtaracaq və s. Yəni o, bu xidmət vasitəsilə bazara çıxa biləcək.
İclasda çıxış edən rabitə və yüksək texnologiyalar naziri, YAP Siyasi Şurasının üzvü Əli Abbasov ölkəmizdə İKT-nin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, bu baxımdan Azərbaycanın beynəlxalq hesabatlarda öncül yerlərdə olduğunu vurğulayıb. Ə.Abbasov bildirib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018) Dövlət Proqramı”nda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid olan bir çox sahələr var ki, bu istiqamətdə fəaliyyət davam edir: “Həmçinin, biz cənab Prezidentin qarşıya qoyduğu vəzifələrlə əlaqədar özümüz üçün gələcək planlarımızın əsas istiqamətlərini müəyyənləşdirmişik. Birinci növbədə infrastruktur layihələrinin həyata keçirilməsi diqqət mərkəzindədir. Bu layihələrdən danışanda XXI əsrin ən böyük infrastrukturu olan informasiya şəbəkəsi infrastrukturunu qeyd edə bilərik. Biz stasionar, mobil rabitə şəbəkələrinin, həmçinin də internetin inkişafı üçün müəyyən nəticələr əldə etmişik. Bu gün internet istifadəçilərinin səviyyəsi Azərbaycanda 73 faizdir. Çox maraqlıdır ki, bu göstərici Bakı şəhəri üzrə 87, regionlar üçün isə 68 faizdir. Bu o deməkdir ki, sözün həqiqi mənasında, regionların inkişafına böyük diqqət yetirilir. Azərbaycan dünyada 8-ci ölkədir ki, dövlət informasiya texnologiyalarının inkişafına diqqət dərəcəsi, indeksinə görə seçilir”.
“2018-ci ilə qədər Azərbaycanda 85 faiz yüksək sürətli, geniş zolaqlı internetə çıxış olacaq” - deyən nazirin sözlərinə görə, yüksək sürətli və geniş zolaqlı internet kəndlərdə 30, şəhərdə isə 100 mb saniyə deməkdir: “Təbii ki, bu, çox yaxşı göstəricidir. Əgər 2018-ci ilin sonuna kimi biz ona çata bilsək, o zaman inkişaf etmiş ölkələrin səviyyəsinə daxil ola bilərik”.
Ölkəmizin regionlarında da İKT-nin inkişafına xüsusi diqqət yetirildiyini deyən nazir bölgələrdə elektron xidmətlərin səviyyəsinin artmaqda olduğunu qeyd edib: “Artıq elektron xidmətlərdən istifadə edənlərin sayı 7 milyonu ötüb. 400-dən artıq isə elektron xidmətlər göstərilir”.
Ə.Abbasov bildirib ki, iki il ərzində 7 milyon 200 min elektron xidmət həyata keçirilib. Onun sözlərinə görə, daimi istifadəçilərin sayı isə artıq 1 milyon 200 mini ötüb.
“İnformasiya resursları biznes sektoru üçün tamamilə açılır. Xidmətlərdən istifadə kommersiya fəaliyyəti üçün də yararlı olacaq. Bu da o deməkdir ki, dövlətin bir çox resursları, informasiya resursları biznes sektoru və əhali üçün tamamilə açılır. İstənilən kiçik kompaniyalar, həvəskarlar özləri bu resurslardan istifadə edərək yeni xidmətlərin hazırlanması və istifadəyə verilməsi, həmçinin müəyyən qədər onlardan kommersiya fəaliyyəti üçün də istifadə edilə biləcək”, - deyə nazir vurğulayıb. Ə.Abbasov onu da bildirib ki, ölkə əhalisinin 99 faizi rəqəmsal yayıma qoşulub. Artıq dünyada da analoq yayımdan imtina olunur.
Nazir poçt vasitəsilə maliyyə-bank xidmətlərinin göstərilməsinə başlandığını da deyib. Onun sözlərinə görə, bütün rayon və kəndlərdə poçtların fəaliyyət göstərdiyini nəzərə alsaq, belə bir xidmətin göstərilməsi bölgə əhalisinin maraqlarına tam uyğundur. Bu həm də regionların inkişafının göstəricisidir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyev çıxış edərək ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı fikirlərini bildirib: “Azərbaycanın iqtisadi uğurlarının əsasında düşünülmüş və uzaqgörən siyasət dayanır”.
Ş.Hacıyev deyib ki, elmi əsaslara söykənən inkişaf strategiyası və çevik idarəetmə nəticəsində ölkəmiz bütün sahələrdə nailiyyətlərə imza atır. Onun sözlərinə görə, son 11 ildə Azərbaycan inkişaf baxımından lider ölkədir.
“Hazırda isə inkişaf baxımından, Azərbaycan dünyada ilk onluqda yer alır. Sevindirici haldır ki, qeyri-neft sektoru dinamik inkişaf etməkdədir. İnflyasiyanın səviyyəsinə görə də, Azərbaycan dünya ölkələri üçün nümunədir. Eyni zamanda, Azərbaycan dünyada ən az xarici borcu olan ölkədir. Bütün bunlar uğurlu iqtisadi siyasətin nəticələridir”, - deyə komitə sədri qeyd edib.
Tədbirdə digər çıxış edənlər ölkəmizdə uğurlu iqtisadi siyasətin həyata keçirildiyini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42

