Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaradağda Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib

Qaradağda Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib

24.04.2015 [10:00]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib. YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov akademik Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyətindən bəhs edib. Natiq tibb elminin inkişafındakı xidmətləri ilə yanaşı, akademik Zərifə xanım Əliyevanın xalqımızın Ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı kimi böyük fədakarlıqlar göstərdiyini də deyib.
Bildirilib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı, rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov, sədr müavini Zəliha Zamanova, partiya fəalları Zaməddin Həmişəyev, Afət Muradova Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya elminin inkişafında akademik, dəyərli ziyalı Zərifə Əliyevanın misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırıblar. Natiqlər Azərbaycan qadınının ən gözəl nümunəsi olan Zərifə xanım Əliyevanın bir ana kimi layiqli övladlar yetişdirərək cəmiyyətə bəxş etdiyini vurğulayıblar.

Paylaş:
Baxılıb: 833 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30