Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “BMT Modeli Simulyasiya Oyunu-2016” layihəsinə start verilib

“BMT Modeli Simulyasiya Oyunu-2016” layihəsinə start verilib

01.03.2016 [09:35]

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) “Foreign Policy Club”unun təşkilatçılığı ilə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Diplomatiya və Araşdırmalar Klubunun “BMT Modeli Simulyasiya Oyunu-2016” layihəsinə start verilib.
YAP GB-dən verilən məlumata görə, “BMT Modeli Simulyasiya Oyunu”nda gənclər müxtəlif ölkə nümayəndələrini təmsil ediblər. Layihə gənclərə beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənməyə, siyasi biliklərini, diplomatik natiqlik bacarıqlarını artırmağa, öz potensiallarını üzə çıxarmağa şərait yaradır.
Həyata keçirilən layihədə gənclər onlara qabaqcadan verilən mövzuya uyğun olaraq təmsil etdikləri ölkənin siyasi mövqelərini tədqiq edib, həmin ölkələrin siyasi yanaşmalarını əks etdirən çıxışlar hazırlayıblar. Oyunun davamında hər ölkə təmsilçisi onlara ayrılmış vaxt ərzində hazırladıqları məruzələrlə çıxış edərək, müzakirədə ünvanlanan sualları öz ölkələrinin mövqeyinə uyğun cavablandırmağa çalışıblar.
Simulyasiya oyununun sonunda hər bir gənc uğurlu iştirakına görə sertifikatla təltif edilib.

Paylaş:
Baxılıb: 1104 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30