Xəzər rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
08.03.2016 [10:21]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Qadınlar Şurasının və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva bildirib ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır: “Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını gözəl ana olmaqla bərabər, həm də fəal ictimai xadim ola bilər. Bu gün əbəs yerə deyil ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edirlər. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş ana, vəfalı həyat yoldaşıdır”.
Daha sonra YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. O bildirib ki, qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir: “Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Bu gün cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil”.
Namiq Əhmədov vurğulayıb ki, Şərqdə ilk dəfə səsvermə hüququ qazanmış Azərbaycan qadını bu gün ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir.
Milli Məclisin deputatı Rauf Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycanda uğurlu qadın siyasəti yürüdülür və bu siyasət hər bir azərbaycanlı qadının inkişaf etməsində stimul rolunu oynamaqdadır: “O cümlədən bildiyimiz kimi, ölkə parlamentində gender bərabərliyi haqqında qanun qəbul olunub. Ümumiyyətlə, Azərbaycanda qadınların hüquq bərabərliyi tam təmin olunub. Məhz bu amil ölkəmizdə demokratik proseslərin daşıyıcılarından biri kimi ehtiva olunmaqdadır”.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxışında qadınları əlamətdar gün münasibəti ilə təbrik edib. Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini qeyd edən Gülağa İslamov bildirib ki, qadınlar bu gün ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar: “Biz bu fəaliyyəti davamlı olaraq görməkdəyik. Rayonumuzda yaşayan qadınlarımız da səmərəli ictimai, sosial fəaliyyətləri ilə daim öz öncüllükləri ilə seçiliblər. Biz bu uğurları gördükcə sevinir və hər zaman qadınlarımızın fəaliyyətlərini dəstəkləyirik”.
Sonda Xəzər rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46

