YAP Nəsimi rayon təşkilatı Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
10.06.2016 [10:00]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı açaraq xalqımızın müstəqillik əldə etdikdən sonra 15 iyun 1993-cü ilədək keşməkeşli tarix yaşadığını vurğulayıb. Millət vəkili daha sonra o dövrdəki mühitin dözülməz, hətta yenicə qazanılmış dövlət müstəqilliyinin itirilməsi üçün təhlükəli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, belə bir çətin zamanda Azərbaycan xalqı təkidlə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. 1993-cü ilin iyunun 15-də Ulu öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçildiyini və həmin tarixin Milli Qurtuluş Günü kimi tariximizə düşdüyünü deyən Məlahət İbrahimqızı Ümummilli liderimizin hakimiyyətə qayıtması ilə Azərbaycanın fəlakətdən, xaosdan, böhrandan xilas olduğunu bildirib. “Məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranıb”, - deyə YAP Nəsimi rayon təşkilatının sədri vurğulayıb.
M.İbrahimqızı daha sonra qeyd edib ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət, görülən işlər Heydər Əliyevi xalqımızın Ümummilli liderinə çevirməklə bərabər, Azərbaycanı da dünyanın qabaqcıl dövlətləri sırasına yüksəldib: “Bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edib. Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm Fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalinin sosial rifahının daha da yaxşılaşması, dövlətlərarası ikitərəfli əlaqələrin möhkəmlənməsi, dünyaya uğurla inteqrasiya olunması möhtərəm Prezidentimizin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir”.
Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov Azərbaycanın dövlət müstəqilliyinin təməlinin möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixinə ən mühüm hadisə kimi daxil olduğunu vurğulayan natiq əldə olunmuş müstəqilliyin təməlinin möhkəmlənməsinin məhz Ümummilli liderin hakimiyyətə qayıdışı ilə bağlı olduğunu qeyd edib. Çıxışında o illərdəki tarixi şəraitə nəzər salan E.İbrahimov Azərbaycanda baş verən ictimai-siyasi proseslərə diqqət çəkib, Ulu öndər Heydər Əliyevin müdrik siyasəti ilə tarixi bir missiyanı - xilaskarlıq missiyasını həyata keçirdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə Ümummilli lider Heydər Əliyevin ideyalarının daim xalqımızla birgə yaşadığını bildirib. Natiq qeyd edib ki, Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycanın yaradıcısı və qurucusu olaraq, dövlətimizin gələcək inkişafının təməlini qoydu. “Müasir dövrümüzdə isə Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünya ölkələri ilə bütün sahələrdə əməkdaşlığını yüksək səviyyədə davam etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də bir idman ölkəsidir”, - deyə A.Əsgərov vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə çıxışında sürətlə inkişaf edən Azərbaycanın bu yüksəlişində dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. “Ulu öndər Heydər Əliyev hər bir sahəyə olduğu kimi, gənclərə də diqqət və qayğı göstərib. Bu gün isə Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclərə olan diqqət və qayğısını əsirgəmir”, - deyə Seymur Orucov vurğulayıb.
Tədbirin davamında YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58

