Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 12 avqust Beynəlxalq Gənclər Günüdür

12 avqust Beynəlxalq Gənclər Günüdür

12.08.2016 [10:01]

Azərbaycanda gəncliyin inkişafı daim dövlətin diqqət mərkəzindədir
12 avqust Beynəlxalq Gənclər Günüdür. Belə ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu, bir həqiqətdir ki, hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də rasional gənclər siyasəti təşkil edir. Gənclər siyasətinin mahiyyətindən bəhs edərkən ümumi olaraq qəbul edilən tərif budur ki, bu siyasət gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir.
Dövlətin gənclər siyasəti strateji səciyyə daşıyır və bu siyasətin fonunda gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir. Bu baxımdan, Azərbaycan təcrübəsi də müsbət nümunə kimi çıxış edir. Ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Başqa sözlə, Azərbaycan gəncləri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Öz növbəsində, Azərbaycan gəncləri ölkəmizdə dövlət gənclər siyasətinin mütərəqqi xarakter daşıdığını bildirərək bu sahədə mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırırlar. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin koordinatoru Aytən Hüseynova deyib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti beynəlxalq miqyasda örnək təşkil edir: “Azərbaycanda uğurla aparılan gənclər siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də Azərbaycan gəncliyi dövlət tərəfindən göstərilən o qayğını görür. Məhz Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla gənclər siyasəti ilə bağlı təsdiq edilmiş Dövlət proqramları, həyata keçirilən uğurlu islahatlar buna bariz nümunədir. Bir sözlə, gəncliyin inkişafı dövlətin diqqət mərkəzindədir. Bu gün Azərbaycan gəncləri ölkəmizi regional və beynəlxalq arenada uğurla təmsil edir, ölkəmizin gənclər siyasətini layiqincə tanıdırlar”.
YAP Gənclər Birliyinin üzvü Aliyə Orucova isə bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində öz aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Son illərdə həyata keçirilən tədbirlər də gənclərin hərtərəfli inkişafı üçün mühüm rol oynayır. Gənclərin fəaliyyəti də dövlət tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatı var. Azərbaycan gəncliyi özünəinam ruhunda inkişaf edir, öz dövlətinin göstərdiyi diqqət və qayğının ortaya çıxardığı məsuliyyəti dərk edir, ona göstərilən etimadı doğruldur”.
Öz növbəsində, YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov da ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək onlara göstərilən etimadı doğrultmağa çalışırlar: “Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü tədbirlər görülür. Gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnir, onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılıb. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini birmənalı şəkildə nümayiş etdirir”.
YAP Gənclər Birliyinin üzvü Arzu Həsənzadə isə diqqətə çatdırıb ki, ötən illər ərzində respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib: “Bu baxımdan qeyd etmək olar ki, dövlətimizin gənclər siyasəti strateji əhəmiyyət daşıyır və bu siyasətin fonunda gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir. Bu səbəbdəndir ki, Azərbaycan gəncliyi öz inkişaf dövrünü yaşayır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1913 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30