/ / Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
22.11.2016 [10:11]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında partiyanın yaradılmasının 24 illiyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq, gənclərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində yaradılan, ölkəmizin sağlam və mütərəqqi qüvvələrini öz sıralarında birləşdirərək cəmiyyətdə aparıcı mövqe tutan, nüfuzlu və qüdrətli ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının 24 ildə keçdiyi çətin və şərəfli mübarizə tarixindən danışıb. Natiq deyib ki, Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu Onun sədaqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Azərbaycan sürətlə inkişaf edir, güclənir və beynəlxalq miqyasda nüfuzu getdikcə artır. Bu davamlı tərəqqi fövqündə Ümummilli lider Heydər Əliyevin daim diqqət və qayğı göstərdiyi Şeyx Nizami yurdu da intibahının yeni dövrünü yaşayır, hər gün dəyişir, gözəlləşir və dünyanın ən müasir şəhərlərindən biri olaraq şöhrətlənir. Bütün bunlar Heydər Əliyev ideyalarının təntənəsidir. Bu işıqlı və nurlu ideyalar ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşən xalqımızı, bütün partiya fəallarını daha böyük zirvələrə aparacaq”.
AMEA-nın Gəncə Bölməsinin akademik katibi, YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvü Fuad Əliyev ölkə başçısı İlham Əliyevin gənclərə hər zaman xüsusi diqqət göstərdiyini, dövlət gənclər siyasətinin bəhrəsi olaraq elm sahəsində də gənclərin çox böyük nailiyyətlər əldə etdiyini deyib.
Tədbirdə çıxış edən şəhər təşkilatının İdarə Heyətinin üzvlərindən İbrahim Cəfərov, Mehman Rzayev və başqaları Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın 24 il ərzində dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində, gənclərin fəallığının, intellektual səviyyəsinin yüksəldilməsində müstəsna xidmətlərinin olduğunu diqqətə çatdırıblar.
Sonda Gəncə şəhərinin ictimai-siyasi həyatında, partiya tapşırıqlarının yerinə yetirilməsində fəallığı ilə fərqlənən ərazi ilk partiya təşkilatlarının sədrlərindən və gənc fəallardan bir qrupuna YAP Gəncə şəhər təşkilatının Fəxri fərmanları, qiymətli hədiyyələr və gül-çiçəklər təqdim olunub.
Dünən partiyanın yaradılmasının 24-cü ildönümü münasibətilə həmçinin Gəncə şəhərində Heydər Əliyev Park Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilib. Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə 260 ərazi ilk partiya təşkilatını, 40 minə yaxın üzvü ətrafında birləşdirən YAP Gəncə şəhər təşkilatının İdarə Heyəti və Şura üzvləri, partiya fəalları, ziyalılar və gənclər iştirak ediblər. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

