Yeni Azərbaycan Partiyası mətbuata daim açıq olan partiyadır
20.07.2017 [09:30]
YAP-ın mərkəzi qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə görüş keçirilib
İyulun 19-da Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə görüş keçirilib. Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı partiyanın İcra Katibliyi və İdarə Heyəti adından jurnalistləri qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib. O bildirib ki, ötən dövr ərzində milli mətbuatımız tarixi yol keçib. M.Qurbanlı qeyd edib ki, 22 iyul - Milli Mətbuat Günü münasibətilə hazırda respublikamızda müxtəlif tədbirlər keçirilir.
YAP İcra katibinin müavini deyib ki, “Əkinçi”dən başlayaraq milli mətbuatımız xalqımızın maariflənməsində böyük rol oynayıb. Onun sözlərinə görə, Azərbaycan mətbuatı həm Xalq Cümhuriyyəti, həm də sovet dövründə milli maraqlarımıza xidmət edib: “Bu dövrlərdə mətbuatımız milli düşüncənin formalaşmasında və inkişafında müstəsna rol oynayıb. Eyni zamanda, mətbuatımız böyük şəxsiyyətlər yetişdirib”.
M.Qurbanlı vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev mətbuata çox böyük diqqət və qayğı göstərib. Ulu öndərin bu qayğısı yalnız müstəqillik illərini deyil, eyni zamanda, sovet dövrünü də əhatə edir: “Müstəqillik illərində də Ulu öndər Heydər Əliyev mətbuatımızın inkişafı üçün ciddi addımlar atıb, bu istiqamətdə bir sıra qərarlar verib. Bu qayğının nəticəsidir ki, Ulu öndər Azərbaycan mətbuatının dostu kimi jurnalistlər tərəfindən yüksək ada layiq görülüb”.
“Bu gün də Prezident İlham Əliyev mətbuata diqqət və qayğını ön planda saxlayır. Azərbaycan mətbuatına dövlət qayğısı ilə bağlı konsepsiya var. Mütəmadi olaraq jurnalistlər təltif olunur, onların sosial problemləri həll edilir, bina tikilir. Artıq jurnalistlər üçün 255 mənzildən ibarət yeni bina da istifadəyə veriləcək. Bu, dövlət başçısının mətbuatımıza və bu sahədə çalışanlara yüksək diqqətinin ifadəsidir”, - deyən Mübariz Qurbanlı bildirib ki, mətbuatın cəmiyyətdə rolu getdikcə artır.
YAP İcra katibinin müavini deyib ki, ölkəmizdə mətbuat azaddır və söz azadlığı tam təmin olunub. Onun sözlərinə görə, mətbuat cəmiyyətdə ictimai nəzarət funksiyasını həyata keçirir. YAP İcra katibinin müavini qeyd edib ki, bu gün ölkə mətbuatı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, Azərbaycanın inkişafını, reallaşdırılan islahatları geniş şəkildə işıqlandırır və təbliğ edir: “Bu gün kütləvi informasiya vasitələri çoxşaxəli fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan mətbuatının qarşında ciddi vəzifələr dayanır. Bu vəzifələrdən ən əsası Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü və bu təcavüzün ifşa olunmasında Azərbaycan mətbuatının apardığı fəaliyyətdir”.
M.Qurbanlı bildirib ki, mətbuatımız Ermənistanın ölkəmizə qarşı təcavüzünün beynəlxalq miqyasda ifşası üçün ciddi səylər göstərir. Onun fikrincə, bu istiqamətdə jurnalistlərin əməyi yüksək qiymətləndirilməlidir.
“Ölkəmizdə bu və ya digər məsələlərdə, hərbi vətənpərvərlik, milli ruhun gücləndirilməsi, dinimizin təbliğ və təşviqi, Azərbaycanın nailiyyətlərinin dünyaya çatdırılması, Prezident İlham Əliyevin siyasətinin, gördüyü işlərin xalqa və dünya ictimai rəyinə çatdırılması istiqamətində mətbuatımız uğurlu fəaliyyət göstərir. Biz çoxpartiyalı sistemdə fəaliyyət göstəririk. Bu sistemdə mətbuatın yanaşmalarında fərqliliklər var və bu fərqlilik bizi ümummilli maraqlardan kənarda saxlamır. Biz çoxpartiyalı sistemdə, plüralist cəmiyyətdə yaşasaq da, hər birimizin vətəni Azərbaycandır və Azərbaycanın marağı hər şeydən ucadır. Əminəm ki, Azərbaycan jurnalistləri də milli maraqlarımızı, milli mənəvi dəyərlərimizi qorumaq üçün öz fəaliyyətini bundan sonra da əsirgəməyəcək”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı bildirib ki, YAP mətbuata daim açıq olan partiyadır: “Mətbuatla təmasda partiyamız bir xətt tutub ki, bu da mətbuatla fəal əməkdaşlıqdır. Partiyamızın “Yeni Azərbaycan” qəzeti kimi mətbuat orqanı var. Eyni zamanda, “Səs” və “İki sahil” qəzetləri də YAP-ın mövqeyini ifadə edən mətbuat orqanlarıdır. Bütün bunlarla yanaşı, partiyamız digər KİV-lərlə də hansı mövqedə dayanmasından, hansı siyasi təşkilatı təmsil etməsindən asılı olmayaraq daim əməkdaşlıq edir. Həmçinin YAP-ın internet saytı fəaliyyət göstərir və partiyamızın fəalları internet resurslarından, sosial şəbəkələrdən aktiv istifadə edirlər. Bütün bunlar bizim mətbuatla əməkdaşlığımızı daha da gücləndirməyi tələb edir. Biz mətbuatla daha geniş şəkildə təmas qurmağa tərəfdarıq. Hesab edirik ki, bu, belə də olmalıdır. Çünki mətbuat cəmiyyətin güzgüsüdür, dördüncü hakimiyyətdir”.
M.Qurbanlı KİV nümayəndələrinə bu məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda tədbirdə iştirak edən jurnalistlərə mükafatlar təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
24 Aprel 11:52
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50

