Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Binəqədi rayon təşkilatı 5 bələdiyyə üzrə namizədlərini müəyyənləşdirir

YAP Binəqədi rayon təşkilatı 5 bələdiyyə üzrə namizədlərini müəyyənləşdirir

29.09.2009 [10:52]

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov bildirib ki, bu gün YAP ölkədə alternativi olmayan siyasi qüvvədir və seçkilərdə özünə rəqib görmür. Rayon təşkilatının sədri qeyd edib ki, bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri aparılır. Bələdiyyələrin üzərinə əhalinin rifah halının yaxşılaşdırılması və ölkədə gedən abadlıq-qurucluq işlərinin aparılması kimi mühüm vəzifə düşür. Bu baxımdan bələdiyyələrin gələcəkdə daha böyük uğurlar əldə etməsi üçün seçki zamanı daha savadlı və fəal kadrlara üstünlük verilməlidir. Rayonda 5 bələdiyyəyə 93 üzvün seçiləcəyini xatırladan sədr bildirib ki, Binəqədi seçiciləri 3 seçki dairəsinin 106 məntəqəsində səs verəcəklər. Hər dairə üzrə seçki qərargahları fəaliyyət göstərir, rayon təşkilatında isə 21 nəfərdən ibarət mərkəzi seçki qərargahı yaradılıb.
N.Xəlilov deyib: “Hazırda 106 ilk təşkilatda 11332 partiya üzvü birləşib. İnanırıq ki, bu seçki sınağından da uğurla çıxacağıq”.

Paylaş:
Baxılıb: 1399 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30