/ / YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16.07.2019 [09:43]
Layihə çərçivəsində müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil edilir, gənclərin səmərəli və mənalı istirahəti təmin olunur
Xəbər verildiyi kimi, iyulun 12-də Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb. Artıq bir neçə gündür davam edən ikinci turda da layihə çərçivəsində müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil edilir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. YAP-ın gənclərlə bağlı ən uğurlu layihələrindən olan və 2007-ci ildən başlayan yay məktəbləri isə bu mənada xüsusilə seçilir. Bu layihənin əsas məqsədi gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi dostluq münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Vurğulamaq lazımdır ki, nəzərdə tutulmuş proqrama uyğun olaraq layihə iştirakçıları ikinci turda da maraqlı mövzular ətrafında müzakirələr aparırlar. “Yay məktəbi”nin ikinci Oğuz turunun birinci günündə iştirakçılar “Sosial şəbəkələrdən istifadə” mövzusunda diskussiya aparıblar. Müzakirələrdə Milli Məclisin deputatları Sona Əliyeva və Dilarə Cəbrayılova, həmçinin YAP Mərkəzi Aparatının məsul əməkdaşı Həsən Daşdəmirov və YAP Gənclər Birliyi Ofisinin koordinatoru Şəfəq Əhmədova da iştirak ediblər.
Gənclər qarşısında çıxış edən Milli Məclisin deputatı Dilarə Cəbrayılova bildirib ki, bu gün ölkəmizdə internet istifadəçilərinin sayı durmadan artır. Gənclərin daha çox internet və əsasən də sosial şəbəkə istifadəçisi olduğunu diqqətə çatdıran millət vəkili vurğulayıb ki, sosial şəbəkələrdən şər-böhtan, ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil etmək üçün istifadə edənlər öz layiqli cavablarını alırlar. Millət vəkili bildirib ki, Azərbaycan gəncliyi ölkəmizdə aparılan siyasi kursu dəstəkləyir və gəncliyin inkişafı istiqamətində görülən tədbirləri, qəbul olunan Dövlət proqramlarını yüksək dəyərləndirir.
Milli Məclisin deputatı Sona Əliyeva isə öncə partiyamızın gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Keçirilən “Yay məktəbi” layihəsinin də bu diqqət və qayğının bir nümunəsi olduğunu söyləyən S.Əliyeva əlavə edib ki, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onun sözlərinə görə, Azərbaycanın inkişafına qısqanclıqla yanaşan, ölkəmizin regionda lider mövqeyə yüksəlməsindən narahatlıq keçirən anti-azərbaycançı dairələr, o cümlədən ermənipərəst mərkəzlərin əlaltısı qismində çıxış edən bir sıra xaricdə məskunlaşmış şəxslər məhz sosial şəbəkələr vasitəsilə ictimai rəydə çaşqınlıq yaratmağa çalışır, ölkəmizə qarşı böhtanlar yağdırırlar. YAP Gənclər Birliyinin üzvlərinin sosial şəbəkələrdəki aktivliyini xüsusi vurğulayan Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan gəncliyi ölkəmizə qarşı sosial şəbəkələrdə aparılan qarayaxma kampaniyalarına öz münasibətlərini bildirir, milli maraqlarımıza uyğun mövqe nümayiş etdirir.
Daha sonra YAP Gənclər Birliyinin təşkil etdiyi layihənin iştirakçısı olan fəal gənclər məsələ ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan yerləşdiyi bölgənin aparıcı iqtisadi-siyasi aktoruna çevrilib. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan qlobal miqyaslı layihələrdən danışan gənclər bildiriblər ki, bütün görülən işlərin nəticəsi olaraq Azərbaycan dünyada yaxın tərəfdaş qismində qəbul edilir. O da bildirilib ki, YAP Gənclər Birliyinin üzvləri hər zaman sosial şəbəkələrdə ölkəmizin əleyhinə yalan təbliğat aparan, ölkə daxilində siyasi sabitliyə zərər yetirməyə çalışan radikal müxalifət qüvvələri və digərləri ilə açıq polemikaya girir, ölkə reallıqlarını hər kəsin diqqətinə çatdırırlar.
“Yay məktəbi”nin ikinci Oğuz turunun ikinci günündə isə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş seminar-diskussiya təşkil edilib. Çıxış edən Milli Məclisin deputatı Sona Əliyeva Ulu Öndər Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə danışıb. Hələ sovet dövründə keçmiş ittifaqda yalnız aqrar respublika kimi xarakterizə olunan Azərbaycanın tez bir zamanda sənaye respublikasına çevrilməsinin, inkişafının Ulu Öndərimizin adı ilə bağlı olduğunu söyləyən S.Əliyeva 1969-cu ildə Ulu Öndərin sovet Azərbaycanına rəhbər seçilməsi ilə bu prosesin başlandığını deyib. Bildirilib ki, həmin vaxtlar respublikamızda milli kadrların yetişdirilməsi, ana dilimizə olan münasibətin dəyişməsi, milli mədəniyyətimizin inkişafı, Azərbaycanın dünya miqyasında tanınması istiqamətində aparılan bütün fəaliyyət Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
S.Əliyeva onu da qeyd edib ki, 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərimiz növbəti dəfə Azərbaycanın xilası missiyasını Öz üzərinə götürdü: “Ulu Öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirildi, ölkədə siyasi sabitlik yaradıldı. Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki ölkənin gələcək inkişafı məhz sabitliyə əsaslanırdı. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğu inkişaf yolunu bəyan etsə də, bu məramın həyata keçirilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk milli Konstitusiyanın qəbul olunması ilə reallaşdı”.
Millət vəkili əlavə edib ki, bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin rəhbərliyi ilə davamlı şəkildə aparılan islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafını təmin edib.
Tədbirdə çıxış edən “Yay məktəbi”nin iştirakçıları Prezident İlham Əliyevin ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların intellektual inkişafına xüsusi qayğı ilə yanaşdığını, gənclərimizin müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak etdiyini bildiriblər.
Yeri gəlmişkən, “Yay məktəbi”nin ikinci Oğuz turunun gedişində gənclər həm də asudə vaxtlarını səmərəli keçirirlər. Belə ki, təşkilatçılar tərəfindən iştirakçılar üçün müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, istedad gecələri keçirilir. Qeyd edək ki, Oğuz rayonunda təşkil olunan “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu iyulun 17-də başa çatacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

