Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP İcra Katibliyində partiyanın Səbail və Xətai rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib

YAP İcra Katibliyində partiyanın Səbail və Xətai rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib

31.08.2019 [09:59]

Avqustun 30-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın Səbail və Xətai rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Əli Əhmədov bildirib ki, son illər Azərbaycan iqtisadiyyatı bir neçə dəfə artıb. Təbii ki, iqtisadiyyatın inkişafı dövlətin sosial siyasətinin daha da güclənməsinə zəmin yaradır. Bu mənada əhalinin rifah halının yüksəlməsi istiqamətində atılan addımlar bunun əyani göstəricisidir.
Bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə ölkəmizdə əmakhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıldığını deyən Baş nazirin müavini qeyd edib ki, ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti göstərir. Onun sözlərinə görə, hər bir ailə bu artımlardan faydalanır. Əli Əhmədov deyib ki, Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın bu uğurları qazanmasının əsasında dayanan amillərdən biri də sabitlikdir. Çünki sabitlik olmadan heç bir inkişafdan, əmin-amanlıqdan söhbət gedə bilməz. Ona görə də hər bir dövlət və xalq üçün sabitlik ən mühüm şərtlərdən biridir.
Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Əli Əhmədov ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söyləyib.
Əli Əhmədov həmçinin bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyamızın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. Qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar ölkədə siyasi canlanma müşahidə olunur. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.
Bununla belə, Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Bu vasitələrin biri də sosial şəbəkələrdir. YAP Sədrinin müavini vurğulayıb ki, belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdırlar. Ona görə də partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. O cümlədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır.
Əli Əhmədov deyib ki, müxalifətin yeni qanadı - mühacir müxalifəti yaranıb: “Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ölkənin siyasi proseslərində iştirak niyyətini ortaya qoyan müxaliflər Azərbaycanda deyil, ölkədən kənarda fəaliyyət göstərirlər. Onların siyasi fəaliyyətlə əlaqədar davranışları ciddi şəkildə suallar doğurur. Xoşagəlməz hal ondan ibarətdir ki, bu qrup insanlar ayrı-ayrı xarici dairələrin alətinə çevrilə bilərlər, belə bir təhlükə mövcuddur”.
O qeyd edib ki, Azərbaycan ictimaiyyəti onların xoşagəlməz hərəkətlərinə öz münasibətini bildirməlidir.
Müşavirədə Əli Əhmədov qarşıda duran vəzifələrlə əlaqədar ilk partiya təşkilatı sədrlərinə tövsiyə və tapşırıqlarını verib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 734 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30