Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

21.02.2020 [09:34]

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib. Tədbir iştirakçıları öncə Xocalı soyqırımının qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov Xocalı faciəsi ilə əlaqədar geniş məruzə ilə çıxış edib. Xocalı soyqırımının bəşər tarixinin ən qanlı cinayətlərindən biri olduğunu söyləyən natiq erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının baş məsləhətçisi Polad Ağakişiyev, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, YAP Qazax rayon təşkilatının şura üzvləri Səfurə Rəhimova, Fərhad Qocamanov Xocalı faciəsinin dəhşətlərindən bəhs ediblər.
Tədbirdə həmçinin bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı mühüm addımlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxış edən Prezident İlham Əliyev bir daha Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 704 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31