Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ramiz Hüseynov: Hətta yumşalmalar dövründə belə kütləvi toplantıların, hər hansı bir mərasimin təşkili risk yaradır

Ramiz Hüseynov: Hətta yumşalmalar dövründə belə kütləvi toplantıların, hər hansı bir mərasimin təşkili risk yaradır

19.08.2020 [08:57]

“Sərhəd tanımayan yeni növ koronavirus (COVID-19) infeksiyası qlobal xarakter daşıyır və göründüyü kimi, bir çox ölkələrdə həm insan tələfatı, həm də sosial baxımdan çox ciddi fəlakətlərə səbəb olub. Sevindirici haldır ki, Azərbaycanda vəziyyət nəzarət altındadır və bu infeksiya ilə bağlı qabaqlayıcı tədbirlər vaxtında görülüb. Dövlətimiz üzərinə düşən hər bir şeyi edir, pandemiya təsirlərinin minimuma endirilməsinə çalışır. Bunun nəticəsidir ki, avqust ayının əvvəlindən etibarən gündəlik yoluxmaların sayında azalma tendensiyası müşahidə olunur. Çalışmalıyıq ki, bu müsbət dinamikanı saxlamağı bacaraq”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplanması virusun yayılmasına təkan verə biləcək ən böyük amillərdəndir. R.Hüseynov koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün lazım olan bütün qabaqlayıcı tədbirlərə əməl olunmasının vacibliyini vurğulayıb: “Vətəndaşlarımız anlamalıdır ki, bütün tədbirlər onların sağlamlıqlarının qorunmasına xidmət göstərir. Bu gün kiçicik bir səhv bütün əldə edilən uğurları əksinə çevirə bilər. Bu baxımdan hətta yumşalmalar dövründə belə kütləvi toplantıların, hər hansı bir mərasimlərin təşkili risk yaradır. Çalışaq nə öz həyatımızı, nə də yaxınlarımızın həyatını riskə atmayaq”.

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31