Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağəli Kərimli: Vətən müharibəsində xalqımızın milli birliyi əldə olunan qələbədə əhəmiyyətli rol oynadı

Ağəli Kərimli: Vətən müharibəsində xalqımızın milli birliyi əldə olunan qələbədə əhəmiyyətli rol oynadı

28.11.2020 [01:24]

“44 gün ərzində davam edən Vətən müharibəsində xalqımızın milli birliyi əldə olunan qələbədə əhəmiyyətli rol oynadı. Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiya hələ müharibə başlanan gündən cənab Ali Baş Komandana dəstəyini ifadə edən bəyanat imzaladı. Təbii ki, ölkəmizin siyasi palitrasının aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatları bu prosesdə öncül fəaliyyəti ilə yadda qaldı. Ümummilli Liderimiz Heydər Əliyevin yaradıcısı olduğu YAP bir daha xalqın partiyası olduğunu fəaliyyəti ilə sübuta yetirdi”. Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli deyib.

Onun sözlərinə görə, bu ağır, çətin zamanlarda partiyamızın üzvləri, gənclərimiz daim şəhid ailələrinin yanında oldu, mənəvi dəstəklərini ifadə etdilər. A.Kərimli bildirib ki, xalqımızın YAP-a etimadı sonsuzdur. “Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, əzmi, yüksək diplomatik məharəti informasiya müharibəsində də qələbə çalmağımızda mühüm bir yer aldı. Müharibə dövründə cənab Prezidentimiz bir daha Azərbaycanın haqlı, ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün böyük işlər gördü. Məhz Prezidentimizin bu səyi nəticəsində dünyanın aparıcı siyasi təşkilatları, beynəlxalq aləmin mütləq əksəriyyəti ölkəmizi dəstəklədi. Bu, ölkəmizdəki xalq-hakimiyyət birliyinin mühüm uğurudur”, - deyə A.Kərimli əlavə edib.

PƏRVİZ

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31