Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Abbas Pənahov: Azərbaycan şanlı tarix yazdı

Abbas Pənahov: Azərbaycan şanlı tarix yazdı

19.12.2020 [00:21]

“Azərbaycan şanlı tarix yazdı. “Dəmir yumruq” əməliyyatı zəfərlə başa çatdı. Dekabrın 10-da xalqımız qələbəsini Zəfər paradı ilə qeyd etdi. Zəfər paradının məhz Azadlıq meydanında baş tutması böyük rəmzi məna daşıyırdı. Müzəffər Ordumuz Azadlıq meydanında qürurla addımladı”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Abbas Pənahov deyib.

O, bildirib ki, Bakıda, Azadlıq meydanında keçirilən Zəfər paradı həm də Ordumuzun qüdrətini, Ermənistanın necə rəzil günə düşdüyünü bir daha nümayiş etdirdi: “Nə vaxtsa ordusunun Bakıya çatacağı ilə guya bizə hədə-qorxu gələn düşmənin hərbi texnikası  bu gün bizim rəşadətli döyüşçülərimizin əlindədir.  Bəli, həmin silahlar Bakıdadır, ancaq məğlub ordudan alınmış hərbi qənimət qismində. Onu da vurğulamaq lazımdır ki, Zəfər paradı həm də bütün dünyaya Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və əbədi olduğunu bir daha nümayiş etdirdi”.

A.Pənahov söyləyib ki, bu il ərazi bütövlüyümüzün bərpası ili oldu: “Qələbə sevincini, bu tarixi günləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza böyük minnətdarlıq bildirir, Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik”.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31