Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Goranboyda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib

Goranboyda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib

20.01.2021 [09:51]

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının Gənclər Birliyi “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirib. Əvvəlcə gənclər rayonun Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra tədbir videokonfrans formatında davam etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Həsən Şirinov bildirib ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərən bir hadisədir. O, 1990-cı ilin Qanlı Yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini və bu epoxal hadisənin Azərbaycan milli kimliyinin formalaşmasında həlledici rol oynadığını vurğulayıb.
Sonra Goranboy rayon Gənclər və İdman idarəsinin rəis müavini Cəfər Mehdiyev, təşkilatın fəalları Vüqar Xəlilov və Elvira Yusifova çıxış ediblər. Çıxış edən natiqlər 20 Yanvar hadisəsini insanlığa qarşı törədilmiş ən ağır cinayət, həmçinin Azərbaycanın şanlı tarixinin parlaq səhifəsi və istiqlala gedən yolun təməli kimi səciyyələndiriblər.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 668 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31