/ / YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
26.01.2021 [09:09]
Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib.
Kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov tədbiri açaraq ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı fikirlərini bildirib. Azərbaycanın dünyəvi dövlət olduğunu deyən E.Nəsirov ölkəmizdə bütün dinlərə hörmətlə yanaşıldığını qeyd edib. O, Azərbaycanın tolerant ölkə olduğunu söyləyib.
Mövzu ilə bağlı geniş məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra Katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri bütün dünyaya nümunədir. Dövlət-din münasibətləri Konstitusiya və “Dini etiqad azadlığı haqqında” qanunla tənzimlənir. Azərbaycanın çoxkonfessiyalı ölkə olduğunu deyən M.Qurbanlının sözlərinə görə, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində ciddi uğurlara imza atılıb.
Komitə sədri qeyd edib ki, dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir, maarifləndirmə işi geniş miqyasda aparılır, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri davam etdirilir. Bundan başqa, dövlət dini icmalara göstərdiyi qayğını gündən-günə artırmaqdadır. Böyük tarixə malik məbədlərin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır. Ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, ölkədəki tolerantlıq mühiti qorunub saxlanılır. Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur.
“Bu, bir həqiqətdir ki, Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi hər sahədə olduğu kimi, dinlə də bağlı siyasətin lap başdan sağlam, düzgün istiqamətdə qurulmasıdır. Məlumdur ki, hələ müstəqilliyinin ilk illərində Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətlərlə zənginliyi, bir çox ölkələrin maraqlarının bölgədə toqquşması dini fəaliyyət sahəsində cərəyan edən hadisələrə təsirsiz ötüşmürdü və bu da yeni problemlər yaradırdı. Belə olan halda problemlərin çözümü yalnız dinlə bağlı daha həssas, qətiyyətli, həm də balanslaşdırılmış siyasətin həyata keçirilməsindən asılı idi ki, bu da məhz Ulu Öndər Heydər Əliyevin sayəsində mümkünləşdi. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışı dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasında dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Əsas məqsəd isə dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək idi. Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul model kimi qəbul olunur və bəyənilir. Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Bütün bunlar ölkəmizdə dinə dövlət qayğısının bariz nümunəsi, ümumiyyətlə, dövlət-din münasibətlərinin ən yüksək məcrada davam etməsinin təzahürüdür”, - deyə M.Qurbanlı vurğulayıb.
Dövlət komitəsinin sədri, həmçinin işğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış məscidlərin, eləcə də digər dini abidələrin bərpa olunacağını diqqətə çatdırıb. Artıq Heydər Əliyev Fondu bununla bağlı layihələrin həyata keçirilməsinə başlayıb.
Daha sonra kurs iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

