Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qətiyyətli Lider, müzəffər Ordu və yenilməz xalq birliyi Azərbaycanın möhtəşəm tarixini yazdı

Qətiyyətli Lider, müzəffər Ordu və yenilməz xalq birliyi Azərbaycanın möhtəşəm tarixini yazdı

06.02.2021 [09:11]

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər qazanması dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Bu qələbə sayəsində Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Ötən il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi növbəti hərbi təxribata cavab olaraq başlanan Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlıqları nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi. Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Beləliklə, ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. İşğalçı ölkə artıq Azərbaycanın Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, məğlubiyyətə məhkum olduğunu dərk etdi və diz çökdü!

Möhtərəm Prezident cənab İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz iradəsi və möhtəşəm liderliyi ilə diplomatiya sahəsində də parlaq qələbələr təmin olundu. Xalqımızın öz Lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı və Azərbaycan hər bir platformada gücünü göstərdi.

Ümumiyyətlə, son illər ərzində ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, milli həmrəyliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və bu kimi əhəmiyyətli nailiyyətlər bu Qələbəni şərtləndirən mühüm amillər sırasındadır. 

Heç şübhəsiz, əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, dövlətimizin, şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Bir sözlə, qətiyyətli Lider, müzəffər Ordu və yenilməz xalq birliyi Azərbaycanın möhtəşəm tarixini yazdı.

Fəxrəddin Vəliyev

Yeni Azərbaycan Partiyası

Şəmkir rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31