Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Xızı rayon təşkilatının növbəti hesabat yığıncağı keçirilib

YAP Xızı rayon təşkilatının növbəti hesabat yığıncağı keçirilib

09.02.2021 [09:26]

Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının 2020-ci ildə görülən işlərlə bağlı hesabat yığıncağı keçirilib. Qeyd olunub ki, YAP Xızı rayon təşkilatının iş planında nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinin təmin edilməsinə təşkilatın aparatı tərəfindən hesabat dövründə ciddi nəzarət olunub. Əlavə olaraq cari işlərlə bağlı tədbirlər planında nəzərdə tutulmayan tədbirlər də həyata keçirilib. Ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanılıb. İyun ayında rayon təşkilatının 2020-ci ilin birinci yarımillik, dekabr ayında isə illik statistik hesabatları tərtib edilib, statistik uçot dəqiqləşdirilib. Statistik hesabata görə, hazırda rayon təşkilatı 40 ərazi ilk partiya təşkilatı üzrə 1799 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 857 nəfəri qadınlar, 798 nəfəri isə gənclərdir.
Hesabat dövründə YAP Xızı rayon təşkilatının Gənclər Birliyi 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuş iki məzunun mükafatlandırılması ilə bağlı pandemiya qaydalarına uyğun görüş, həmçinin “Heydər Əliyev və gənclik”, “Azərbaycan gəncliyinin dünya gəncliyinə inteqrasiyası” mövzularında videokonfrans keçirib. Rayon təşkilatının Gənclər Birliyi eyni zamanda rayon Gənclər və İdman İdarəsi ilə birgə “Gənclər günü” ilə əlaqədar tədbir keçirib.
Bununla yanaşı, YAP Xızı rayon təşkilatı 20 Yanvar faciəsi və “Xocalı soyqırımı” ilə bağlı tədbirlər keçirib.
O da vurğulanıb ki, YAP Xızı rayon təşkilatı Ulu Öndərin anım günü ilə əlaqədar “Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir” mövzusunda onlayn elmi-praktik konfrans keçirib. Pandemiya qaydalarına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci və Xızı rayon partiya təşkilatının yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbirlər keçirib. Rayon təşkilatı pandemiya ilə bağlı rayonda keçirilən maarifləndirici tədbirlərdə fəal iştirak edib. Həmçinin YAP Xızı rayon təşkilatı tərəfindən imkansız şəhid ailələrinə, əlillərə maddi yardım göstərilib və təşkilatın maliyyə dəstəyi ilə 20 ailəyə gigiyenik vasitələr paylanıb. YAP Xızı rayon təşkilatı “Koronavirusla mübarizəyə dəstək fonduna” iki yüz manat vəsait köçürüb. Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı 2021-ci ildə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

Paylaş:
Baxılıb: 698 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31