Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gədəbəy rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

YAP Gədəbəy rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

11.02.2021 [09:07]

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının üzvləri 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailələrini mütəmadi şəkildə ziyarət edirlər. Növbəti görüş rayonun Qoşabulaq kəndində baş tutub. Partiya rayon təşkilatının üzvləri Vətən müharibəsi şəhidləri Hüseyn Əsgərovun və Nofəl Quliyevin qəbrini ziyarət edib, məzarları üzərinə tər güllər düzüblər. Daha sonra şəhidlərin ailələri ziyarət olunub.
YAP Gədəbəy rayon təşkilatının nümayəndələri görüşlər zamanı şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıblar. Vurğulanıb ki, Vətən uğrunda canından keçən igid əsgər və zabitlərimiz yaddaşlarda əbədi yaşayacaq. Ziyarət zamanı şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.
PƏRVİZ

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31