Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şəmkir rayon təşkilatı şəhid ailələri və qazilərlə görüşləri davam etdirir

YAP Şəmkir rayon təşkilatı şəhid ailələri və qazilərlə görüşləri davam etdirir

11.02.2021 [09:08]

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkirdə də şəhid ailələrinin və qazilərin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının nümayəndələri də Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, qazilərimizlə və Gəncədə erməni terroru nəticəsində valideynlərini itirmiş Şəmkir rayonundan olan uşaqlarla görüşüb, onların qayğıları ilə maraqlanıblar.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və təşkilatın əməkdaşları görüşlərdə şəhidlərimizin qəhrəmanlıq dastanına çevrilən döyüş yoluna nəzər salıb, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimizin döyüş meydanında qazandığı möhtəşəm Qarabağ Zəfərinin xalqımız üçün tarixi əhəmiyyətini xüsusi vurğulayıblar.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, müzəffər ordunun qalib əsgərləri daim Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğısının mərkəzindədir.
Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.

Paylaş:
Baxılıb: 672 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31