Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qubadlı rayon təşkilatı Vətən müharibəsində şəhid olmuş Vüqar Ağayevin ailəsini ziyarət edib

YAP Qubadlı rayon təşkilatı Vətən müharibəsində şəhid olmuş Vüqar Ağayevin ailəsini ziyarət edib

11.03.2021 [09:10]

Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin ailələri ilə görüşlərini davam etdirir. Bu çərçivədə növbəti görüş Vətən müharibəsində şəhid olan mayor Vüqar Ağayevin ailəsində baş tutub. Şəhid mayorun ad günü ərəfəsində ailəsi ilə keçirilən görüşün ardından V.Ağayevin məzarı ziyarət olunub.
YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, Vətən müharibəsi Azərbaycanda dövlət və xalq arasında birliyin sarsılmaz olduğunu bir daha sübut etdi. Ali Baş Komandanın ətrafında birləşən xalqımız və ordumuz “Dəmir yumruq” kimi düşməni əzdi və kapitulyasiyaya vadar etdi. Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri qeyd edib ki, Vətənin ərazi bütövlüyünün təmini uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman ürəklərdə yaşayacaq.
Daha sonra şəhidin anası Xanım Ağayeva şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
PƏRVİZ

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31