Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müşfiq Cəfərov: VII qurultay partiyamızın inkişafında yeni mərhələnin başlanğıcıdır

Müşfiq Cəfərov: VII qurultay partiyamızın inkişafında yeni mərhələnin başlanğıcıdır

11.03.2021 [09:13]

“Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinin son dərəcə ağır və çətin günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranıb. Həmin dövrdə Azərbaycan nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Partiyamızın Sədri, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın keçdiyi yolu geniş təhlil etdi və yaranma səbəblərindən danışdı”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Müşfiq Cəfərov bildirib ki, o dövrdə Ulu Öndər Heydər Əliyev xalqın arzu və istəklərini reallaşdırdı və YAP yarandı. Məhz bu səbəbdən də YAP xalqın partiyasıdır. YAP Azərbaycanın həmin çətin dövründə öz üzərinə böyük tarixi missiya götürdü.
Millət vəkili deyib ki, partiyanın əsas məqsədi hakimiyyətə gəlmək deyil, dövlətçiliyi məhvolma təhlükəsindən qorumaq idi. YAP bütün vədlərinə sadiq qaldı. Partiya hakimiyyətə çox çətin və mürəkkəb şəraitdə gəlmişdi, parçalanmış Azərbaycanı bütövləşdirmək əsas məqsəd idi və buna nail oldu.
Milli Məclisin deputatı əlavə edib ki, dövlət başçısının qurultayda söylədiyi kimi, YAP-ın VII qurultayının keçirilməsi zərurəti yaranmış yeni reallıqlarla bağlıdır. Artıq Azərbaycan beynəlxalq müstəvidə güclü dövlət kimi qəbul olunur. Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədədir. Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi regionda yeni vəziyyət yaradıb.
“Partiyamızın VI qurultayından 3 il keçirdi. Bu zaman aralığında Azərbaycan saysız-hesabsız uğurlara, ilklərə imza atdı. Dövlətin bütün strukturlarında genişmiqyaslı islahatlar aparıldı. Siyasi islahatlar müstəvisində Yeni Azərbaycan Partiyasının da tərkibində yenilənməyə, islahatlara ehtiyac yaranmışdı. VII qurultay bu baxımdan da önəmlidir. VII qurultayda partiyanın yeni Nizamnaməsi qəbul olundu, rəhbər strukturlarda yeniliklər edildi. Bütün bunlar partiyamızın inkişafında yeni mərhələnin başlanğıcıdır”, - deyə millət vəkili vurğulayıb.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 694 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31