Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Namiq Əhmədov: Partiyanın VII qurultayında qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirir

Namiq Əhmədov: Partiyanın VII qurultayında qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirir

13.03.2021 [09:54]

“Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm bir hadisədir. Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması həm də Azərbaycanın gələcək inkişafı baxımından önəmlidir”. Bu fikirləri YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.

Rayon təşkilatının sədrinin sözlərinə görə, partiyanın VII qurultayında qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. N.Əhmədov qeyd edib ki, qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul olunması, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyətinin seçilməsi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərarın qəbul edilməsi ölkənin siyasi həyatında vacib hadisələrdir: “Bir sözlə, 6 siyasi partiyanın YAP-a birləşməsi cəmiyyətdə iqtidara yönəlik müsbət münasibətin və inamın göstəricisi kimi qiymətləndirilməklə yanaşı, həm də siyasi həmrəyliyin, milli birliyin əyani təzahürü oldu. Sözsüz ki, bu da ölkədə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Bu, eyni zamanda, göstərir ki, partiyanın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasındamüstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayətlənməyəcək. Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək”.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31