Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Fəqət Şadlinskaya: YAP-ın uğurlarının əsasında dayanan başlıca amil xalqın maraqlarına xidmət etməsidir

Fəqət Şadlinskaya: YAP-ın uğurlarının əsasında dayanan başlıca amil xalqın maraqlarına xidmət etməsidir

13.03.2021 [09:57]

“Yeni Azərbaycan Partiyasının (YAP) uğurlarının, qələbələrinin əsasında dayanan başlıca amil xalqın maraqlarına xidmət etməsidir. Milli birliyin təmin edilməsi YAP-ın əsas məqsədidir və buna nail olunub. YAP fəaliyyəti dövründə daim xalqımızın istək və arzularına müvafiq addım atmışdır”. Bu fikirləri YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.

Fəqət Şadlinskaya bildirib ki, qələbələr partiyası olaraq qazandığı müsbət imic Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə bələdçilik edir və gələcəyinə işıq tutur. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması, ilk növbədə, iqtidarın atdığı bütün addımların, xüsusilə milli birlik və milli həmrəylik addımlarının doğruluğunu göstərir və xalqın ona olan inamının təsdiqi kimi dəyərləndirilir: “Digər tərəfdən, partiyaların YAP-a qoşulması prosesi yeni mərhələnin başlanğıcı olaraq qiymətləndirilməlidir. Beləliklə, bu addımlar ölkəmizdə demokratik ənənələrə söykənən dialoq üçün əlverişli mühitin daha da genişlənməsinə öz təsirini göstərəcək”.

Rayon təşkilatın sədrinin sözlərinə görə, siyasi partiyaların YAP-a qoşulmaq təşəbbüsü ölkəmizdə dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsi olaraq təqdirəlayiqdir.

Paylaş:
Baxılıb: 643 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31