Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Önəmli prinsiplərə sadiqlik

Önəmli prinsiplərə sadiqlik

03.11.2022 [12:00]

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev

Azərbaycan xarici siyasət strategiyasında hər zaman beynəlxalq hüququn norma, prinsiplərinə sadiqlik nümayiş etdirərək bütün danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirib. İstər 44 günlük Vətən müharibəsindən öncə, istər postmünaqişə dövründə Azərbaycan gölgədə dayanıqlı sülhün tərəfdarı olmuşdur.

Müzəffər Ali Baş Komandanımızın sarsılmaz iradəsi və ordumuzun sücayəti sayəsində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı və qalib tərəf kimi sülh gündəliyini diktə edən tərəf kimi dəyişməz mövqeyini nümayiş etdirdi.

Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.

Oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində işgüzar səfərdə olan ölkə Prezidenti cənab İlham Əliyev həm ikitərəfli, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşlərdə dövlətimizin dəyişməz mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu isə Azərbaycanın müstəqil siyasət yürüdən nüfuzlu dövlət olmasının bariz sübutu idi. Görüşün məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi prinsiplərindən ibarət idi. 

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə çoxillik münaqişəyə son qoyulmaqla Qarabağ münaqişəsi artıq tarixdə qalsa da indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq vaxtı yetişmişdir və bu məsələdə Rusiya Federasiyasının Prezidentinin rolu yüksək qiymətləndirilməlidir.

Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev Ermənistanla sülh müqaviləsinin bağlanması üçün 5 prinsip təklif edib və Prezident İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə ikitərəfli görüşdə bu məsələni bir daha xatırladaraq qeyd etmişdir: “Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”.  

Bu gün Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin əsas qarantıdır və Prezident cənab İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial, qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31