Azərbaycan Ermənistan üzərində daha bir diplomatik qələbə qazandı
03.11.2022 [12:01]
Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş keçirilib. Əvvəlcə Rusiya Prezidenti Paşinyanla görüşüb. Daha sonra isə İlham Əliyevlə keçirilən görüş 2 saat davam edib.
Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyan arasında üçtərəfli görüş zamanı bir sıra zəruri məsələlərlə yanaşı, cənab Prezident İlham Əliyevin bu görüşdə irəli sürdüyü fikirlər Azərbaycanın suveren hüquqları, Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası və Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı mövqeyinin dəyişməyəcəyini bir daha təsdiq etdi. Prezident İlham Əliyev görüşdən öncədə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsasında dayanmalı olan 5 əsas prinsipi irəli sürmüşdür. Dövlətlərin bir- birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir - birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması bu prinsiplərin əsasını təşkil etdi.
Prezident İlham Əliyev əvvəllər olduğu kimi təmkinlilik nümayiş etdirərək qalib kimi görünürdü. Nikol Paşinyan isə içində faciəvi emosiyaları gizlədən biri kimi danışırdı.
Üçtərəfli görüşdən sonra isə bəyanat imzalandı. Bəyanatda önəmli məqamlardan biri ondan ibrətdir ki, bəyanatda Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam qələbəsinin əyani sübutudur. 8 noyabr 2020-ci il Müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan ordusunun yazdığı tarixi qələbə, 28 illik həsrəti 44 gün kimi qısa müddətdə son qoydu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular. Dövlətimizin başçısı regiondakı dəyişən geosiyasi reallıqların ritminə uyğun olaraq pozucu davranışlar nümayiş etdirməyə çalışan bəzi dairələrin məkrli istəklərinin Azərbaycan xalqının iradəsi və maraqları qarşısında heç bir dəyərə malik olmadığını bir daha göstərdi.
Varis Rüstəmov,
YAP Sabiarabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

