Zərərçəkmiş: Meşəlidə cinayətləri törədənlərdən biri də Vaqif Xaçaturyan idi

Zərərçəkmiş: Meşəlidə cinayətləri törədənlərdən biri də Vaqif Xaçaturyan idi

Meşəlidə törədilən cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi. Ermənilərin hücumu zamanı mən iki güllə yarası almışdım.

AZƏRTAC xəbər verir ki, bunu 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Salman Rəhimov söyləyib.

O bildirib ki, həmin hadisə zamanı bacısı və nənəsi də yaralanıb: “Nənəm baş nahiyəsindən ağır yaralanıb. Bundan əlavə, babam da zərər çəkib”.

Zərərçəkmişin sözlərinə görə, ermənilər avtomatlardan və digər atıcı silahlardan kəndi və insanları atəşə tuturdular.