“Azercell”in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşıb
23.09.2025 [15:40]
“Azercell”in “Amazon Web Services”in (AWS) texnoloji dəstəyi ilə həyata keçirdiyi “DataMinds Bootcamp” proqramı uğurla başa çatıb. Yeddi həftə davam edən intensiv tədris marafonu çərçivəsində 31 tələbə data və süni intellekt sahələrində praktiki bilik və bacarıqlar qazanaraq məzun olub.
Proqram məlumatların toplanması və təhlili, böyük həcmli datanın idarə edilməsi, süni intellektin tətbiqi sahələrini əhatə edib. “Azercell”in Data və Süni İntellekt üzrə ekspertlərinin təlimlərində tələbələr “DataOps”, “MLOps” və “Generativ AI” üzrə interaktiv məşğələlərdə iştirak edib, əldə etdikləri bilikləri real layihələrdə tətbiq ediblər. Final mərhələsində keçirilən müsahibə hazırlığı və peşəkar inkişaf bloku isə onların komanda işi, problem həll etmə və layihə idarəetmə bacarıqlarını daha da gücləndirib.
Məzunları təbrik edən “Azercell”in Data Analitikası və Süni İntellekt departamentinin direktoru Sabir Mərdanov və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Rəqəmsal Transformasiya departamentinin direktoru Orxan Quliyev datanın idarəetmə və qərarvermədə artan rolunu vurğulayaraq proqramın rəqəmsal ixtisaslaşmaya və kadr potensialının güclənməsinə verdiyi töhfəni qeyd ediblər.
Tədbirdə məzunların proqram müddətində qazandıqları nailiyyətlər qeyd olunub, onlara rəsmi sertifikatlar təqdim edilib.
Proqramı fərqlənmə ilə tamamlayan 11 tələbə “Azercell”də işə qəbul və təcrübə imkanı qazanıb. Onların sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Nyu-York Universiteti, ADA Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ) və Bakı Ali Neft Məktəbində təhsil alan gənclər yer alır.
“Azercell” “DataMinds Bootcamp” kimi təşəbbüslərlə Azərbaycanda təhsil, innovasiya və rəqəmsal inkişaf ekosistemini dəstəkləməyə davam edir. Şirkət gənc istedadların müasir texnologiyalar üzrə bacarıqlar qazanmasına şərait yaratmaqla ölkənin rəqəmsal transformasiya prosesinə, innovasiya mühitinin gücləndirilməsinə və peşəkar kadrların yetişdirilməsinə mühüm töhfə verir.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

