Bəşəriyyətin “evi”...
20.04.2024 [11:20]
22 aprel Beynəlxalq Yer Kürəsi Günüdür
Yeganə BAYRAMOVA
Bəşəriyyət yarandığı zamandan bu günə qədər kifayət qədər böyük təkamül yolu keçib. Bir zamanlar baş verməsini xəyal etdiklərimiz artıq adi məişət və ya texniki əşyaya çevrilib. İnsanlar öz rahatlığı üçün demək olar ki, hətta mümkünlüyü möcüzə olanı edib. Məsələn, bir neçə əsr bundan öncə kəşf olunan kimyəvi elementlər belə günümüzdə böyük təkamül yolu keçərək elmdəki bəzi “sirli” qapıların açılmasına səbəb olub. Buna misal olaraq adicə dərman preparatlarını göstərə bilərik. Hansı ki, həmin dərmanlar yalnız mikroskop altında görülən mikrobları belə məhvetmə gücünə qadirdir.
Ancaq etiraf edək ki, dünyada baş verən bütün dəyişikliklər insanların rahatlığı üçün yaradılsa da, zaman keçdikcə bəzi problemlərə də yol açıb. Kimyəvi tullantılar, texniki əşyalar, salınmış şəhərciklər, tikilmiş binalar, qazılmış neft buruqları və daha nələr-nələr... Bütün bunlar dünyanın nəfəs alan “ağciyərlərinin” məhvinə gətirib çıxarıb. Bu gün qlobal problemə çevrilən iqlim dəyişikliyi, qlobal istiləşmə, suyun tükənməsi və s. kimi ekoloji problemlər dünyadakı bu dəyişmələrin nəticəsidir. Yaşamaq üçün vacib olan dünyanın qorunması isə hər birimizin borcu və məsuliyyətidir. Ona görə də məhz bu səbəbdən aprelin 22-si Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd edilir.
Yer Kürəsi Günü insanların Yer kürəsində ekoloji problemlərə diqqət etməsi üçün qeyd olunur. Bu səbəbdən də Yer Kürəsi günü eyni zamanda “Ağac Günü” kimi də tanınır. Yer Kürəsi gününün təsisçisi Geylord Nelsondur. Bu əlamətdar gün həm də yazın gəlişi, ətraf mühitin yaşıllaşması münasibəti ilə də qeyd edilir. Bir sözlə, 22 aprel həm sülhsevər və insani yönəlmə, həm də ekoloji xarakter daşıyan gündür.
Tarixə nəzər...
Yer Kürəsi gününün tarixi XX əsrin 70-ci illərinə əsaslanır. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) 50-dən çox üzv dövlətinin müəllifliyi ilə 2009-cu ildə BMT-nin Ümumi Məclisinin 63-cü iclasına əsasən təsis olunub və 2010-cu ildən etibarən qeyd olunmağa başlanıb. İlk zamanlar Yer Kürəsi Günü bir çox ölkədə günlərin bərabərləşməsi, yazın (Şimal yarımkürəsində) və ya payızın (Cənub yarımkürəsində) başladığı zaman, qeyd olunurdu.
“Sülh zəngi”...
Formalaşmış ənənəyə görə, hər il Yer Kürəsi Günündə ölkələrin böyük əksəriyyətində dinc həyatın, bütün xalqların dostluğunun və həmrəyliyinin simvolu olan “Sülh Zəngi” birdəqiqəlik çalınır. Bu, mədəniyyəti və bəşəriyyətin ən yaxşı nailiyyətlərini qorumaq naminə fəaliyyətə çağırışdır. Həmin mərasimin mənası ondan ibarətdir ki, bu dəqiqə ərzində insanlar planeti necə qoruyub saxlamaq, ondakı həyatı necə yaxşılaşdırmaq, özlərini sakin və Yer kürəsinin bir hissəsi kimi hiss etmək barədə düşünürlər.
İlk “Sülh zəngi” 1954-cü ildə BMT-nin qərargahı Nyu-Yorkda quraşdırılmışdı. 1996-cı ildə belə bir sülh zəngi BMT-də, eləcə də Avstriyanın Vyana şəhərində quraşdırıldı. Daha sonra isə Yaponiyada, Almaniyanın böyük şəhərlərində (1989), Polşada, Türkiyədə (1989), Meksikada (1990), Avstraliya (1992), Monqolustan (1993), Filippin (1994), Kanada (1996), Braziliya (1997), Argentina (1998), Ekvador (1999), Özbəkistan (2003) və digər ölkələrdə quraşdırılıb.
Astronomlar müəyyən ediblər ki, bəşəriyyətin “evi” olan Yer kürəsi kainatın ucsuz-bucaqsız ənginliyinin bir zərrəsidir. İndiyədək kainatın heç bir yerində həyat aşkar olunmayıb. Ancaq Günəş sisteminin üçüncü planeti olan Yer kürəsində yaşayış üçün əlverişli şərait mövcuddur. Üstəlik, bu gözəl planetdə yaşamaq bizə sevinc gətirir, mövcudluğumuz üçün Yer kürəsi çox vacibdir. Ona görə bu planetimizi qorumaq hər birimizin üzərinə düşən mühüm vəzifələrdən biridir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

