Agentlik UNESCO-dan tələb edir...
23.04.2024 [11:06]
Azərbaycan xalqına məxsus olan maddi və qeyri-maddi irs 30 illik işğal nəticəsində talan olunub, dağıdılıb və mənimsənilib. Biz bir neçə müddətdir ki, UNESCO-dan bunları araşdırmağı, erməni vandalizminin nəticələrini, Azərbaycan mədəni irsinin talan edilməsini qələmə almaq və bunun üçün bu ərazilərə səlahiyyətli missiya göndərməklə bağlı müraciət etmişik. Lakin buna hələ ki, reaksiya yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentliyin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfransda söyləyib.
Kamran İmanov qeyd edib ki, 2024-cü ilin mart ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın UNESCO-nun Baş direktoru Odri Azule ilə Parisdəki görüşündə erməni mədəni-dini irsinin Qarabağda qorunub saxlanması məsələsi müzakirə predmeti olub. “Armenia Sputnik”in xəbər verdiyi kimi, “A.Mirzoyan həmişəki kimi, özünə xas üslubda məlumatında bəyan edib ki, Yuxarı Qarabağ torpaqlarında düşünülmüş şəkildə “erməni mədəni-tarixi irsin dağıdılmasına məruz qalmaqdadır, silinir və üstəlik, Azərbaycanda yaradılan xüsusi işçi qrupu nəzarətində olan ərazilərdə erməni irsinin özünəməxsusluğunun və etimologiyasının təftiş edilməsinə və mənimsənilməsinə yönəldilir”.
Agentliyin rəhbəri deyib: “Maraqlıdır ki, Azərbaycan mədəni irsinin dağılması, özü də 30 illik tarixinin, UNESCO-nun münasibətinin yumşaq desək, soyuqqanlıqla qəbul edilməsi halda, hay-ermənilərin bir-iki illik “yaratdığı problem” UNESCO-nun diqqət mərkəzindədir.
Xatırladım ki, UNESCO-nun ən vacib sənədlərinə əsasən, “mədəniyyət xalqların mədəni irslərində əksini tapmış mədəni müxtəliflik” deməkdir. Bir sözlə, UNESCO-nun ən vacib öhdəliklərindən biri xalqlara məxsus olan mədəni irsin, xristian, müsəlman, türk, Avropa mədəniyyətindən asılı olmayaraq, qorumaqdan ibarətdir. Bu cür yanaşmanın olmadığı və irs anlayışına ikili standart tətbiq edildiyi halda, bu beynəlxalq təşkilat Nizamnaməsinə aid funksiyaları tam yerinə yetirə bilməz və bununla vəzifələrini icra etməkdən qaçmış olur.
Odur ki, Əqli Mülkiyyət Agentliyi səlahiyyətlərinə və vəzifələrinə uyğun olaraq, UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə də yerinə yetirməsini diqqət altında saxlamasını tələb edir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

