Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü”...
04.05.2024 [11:40]
Bakıda mühüm tədbir keçirildi
Dünən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş direktoru Gert Jan Koopman, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa İttifaqına üzv dövlətlərin ölkəmizdəki səfirləri iştirak ediblər.
Sülh prosesinə maneə və mədəni irsimizə ziyan...
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu ay Zəngilanda beynəlxalq mina konfransı keçiriləcək. Hikmət Hacıyev Ermənistanın 30 illik işğalı nəticəsində torpaqlarımızın 12 faizinin minalarla çirkləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, mina partlayışları insanların həyatına son qoymaqla bərabər, keçmiş məcburi köçkünlərin də doğma yurdlarına rahat şəkildə qayıtmalarına mane olur.
Hikmət Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələrdəndir. Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsimizə ciddi ziyan vurur: “Azərbaycan minaların təmizlənməsi prosesində böyük dəstəyə ehtiyac duyur. Bu məsələ Avropanın təhlükəsizliyi üçün də vacibdir”.
Hikmət Hacıyev qeyd edib ki, Qoşulmama Hərəkatı çərçivəsində minalardan əziyyət çəkən ölkələrin qrupu yaradılıb və Azərbaycan da bu qrupa daxildir. O, Avropa Komandasının mina əleyhinə təşəbbüsünün əhəmiyyətindən danışarkən Avropa İttifaqının ölkəmizə dəstəyini yüksək qiymətləndirib. H.Hacıyev Aİ-nin yardımın əlaqələndirilməsi və praktiki surətdə həyata keçirilməsi üçün məsləhətləşmələrin vacibliyini də vurğulayıb: “Avropa İttifaqının bu təşəbbüsünün Azərbaycanla Aİ arasında əlaqələrə və ölkəmizin minalarla bağlı apardığı fəaliyyətə töhfə verəcəyinə inanırıq”.
İndiyədək 114 min hektar sahə minadan təmizlənib
Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, ərazilərin minalarla çirklənməsi insan həyatına son qoymaqla bərabər, təbiətə də ciddi ziyan vurur: “Keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmaları üçün ərazilərin minalardan təmizlənməsi işləri prioritet məsələdir”.
Azərbaycanın dünyada minadan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu xatırladan V.Süleymanov ANAMA-nın fəaliyyəti nəticəsində indiyədək 114 min hektar sahənin minalardan təmizləndiyini diqqətə çatdırıb. O, bildirib ki, indiyədək 119 mindən çox partlayıcı maddə tapılıb və bunlardan 31 mini piyada əleyhinədir.
ANAMA-nın rəhbəri Avropa İttifaqının təşəbbüsü ilə qadınlardan ibarət minatəmizləmə qrupunun yaradılmasının yaxşı təşəbbüslərdən biri olduğunu vurğulayıb.
Aİ Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko isə bildirib ki, Aİ digər məsələlərdə olduğu kimi, mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır və dəstəyini əsirgəmir: “Biz ANAMA-nın potensialının artırılmasına kömək etməyi, bu məsələdə maarifləndirmə işində Azərbaycana tam gücümüzlə dəstək verməyi davam etdirəcəyik”.
Avropa İttifaqı ilə Azərbaycanın güclü və yaxın tərəfdaşı olduğunu vurğulayan Peter Mixalko qeyd edib: “Azərbaycan vətəndaşları münaqişə başlayandan indiyədək çox əziyyət çəkiblər. Ötən müddət ərzində Aİ Azərbaycanın yanında olub və həmişə də olacaq. Hazırda minatəmizləmə məsələsi Azərbaycan üçün əsas prioritetlərdən biridir və biz ölkəyə bu istiqamətdə kömək etməyə hazırıq”.
Qrant yardım 13 milyon avroya çatacaq
Tədbirdə çıxış edən Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə daş direktoru Gert Jan Koopman bildirib ki, Aİ və üzv dövlətlər 2020-ci ildən bəri Azərbaycana 10 milyon avro məbləğində qrant yardımı edib. Bu məbləğin 13 milyon avroya çatacağı gözlənilir: “Bacarıqların artırılması üçün 2 milyon avro qrant ayrılıb. “Team Europe” proqramı çərçivəsində də layihələr barədə düşünürük. Azərbaycanın bu layihəyə marağı olsa, kömək etməyə hazırıq”.
Gert Jan Koopman Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək və hər şeyi görmək istədiyini qeyd edib: “Avropa Komissiyası Azərbaycanda mina əleyhinə aparılan işlərdə dəstəyini əsirgəmir. Avropa İttifaqına (Aİ) üzv ölkələr həmrəylik göstərəndə ortaya yaxşı iş qoya bilirik. Biz bu məsələdə daha çox iş görməyə hazırıq”.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41

