İnsan qurbanlığına necə son verilib?
30.05.2024 [10:43]
İbrahim peyğəmbərin insanlıq qarşısında misilsiz xidməti
Həzrət İbrahimin öz oğlunu Tanrıya qurban deməsi sami dinlərinə aid ədəbiyyatda yer almış ən məşhur rəvayətlərdən biridir. Həmin rəvayətə görə, bir gün Tanrı ən sadiq bəndələrindən olan İbrahimdən sevimli oğlu İshaqı (müsəlman versiyasına görə İsmayılı) onun yolunda qurban kəsməsini istəyir. İbrahim yaradanın sözündən çıxa bilmir. O, yeniyetmə oğlunu dağa, Tanrıya qurban verməyə aparır. İbrahim oğlunu kəsməyə hazırlaşanda göydən bir mələk enərək özü ilə gətirdiyi quzunu İbrahimə verir və deyir ki, onun qurbanı artıq qəbul olunub, Tanrı sadəcə, onu sınayırdı.
Tanrının ağır sınağı
“Əhdi-Ətiq”də nəql edilən bu rəvayət xristianların “Əhdi-Cədid”inə, oradan da müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”ə keçmişdir.
Tarixdən də məlumdur ki, qədimdə Tanrıya insan qurbanı vermək ayinləri geniş yayılmışdı. Bu cür inanclara görə, qəbilə başçısı Allahdan istədiyi qiymətli bir şeyin müqabilində ona ən əziz doğmasını qurban verməli idi. Bəzi bütpərəst qəbilələr isə əsirləri və qulları qurbangahlarda öz tanrıları üçün kəsirdi. Məsələn, Cənubi Amerikanın qədim, aborigen xalqı olan inklərdə belə bir adət vardı: qəbilənin ən güclü və yaraşıqlı gəncləri xalqın rifahı naminə tanrılara qurban verilirdi. Bəzi mənbələrə görə, qurban seçilən adamlar öz inancları üzrə ölümdən sonrakı həyatda xoşbəxt yaşamaq üçün bu ayinə könüllü gedirmişlər.
Övladdan daha əziz nə ola bilər? Bibliyaya görə, İbrahim üçün İshaq sadəcə sevimli oğul deyildi - Rəbb özü onu hələ doğulmamışdan İbrahimlə Saraya bir müjdə kimi vəd etmişdi. Demişdi ki, İshaqdan böyük nəsillər, seçilmiş xalq törəyəcək.
İbrahimlə arvadı Sara bu vədin gerçəkləşməsini uzun illər gözləmişdilər. Rəvayətə görə, İshaq dünyaya gələndə İbrahimin 100 yaşı varmış. İllərlə yolunu gözlədiyi oğlu doğulandan sonra Allah İbrahimin inamını sınağa çəkməyə qərar verir: “Oğlunu, tək oğlunu, sevdiyin İshaqı götür və Moriya torpağına get. Orada sənə nişan verəcəyim dağların birində onu qurban kəs!”
Bibliyada yazılır: “İbrahim səhər tezdən qalxdı, ulağını palanladı, iki xidmətçisini və oğlu İshaqı özüylə apardı. O, qurbangahda yandırmaq üçün odun doğrayıb götürdü və qalxıb Allahın ona dediyi yerə getdi...”
İshaqdan İsa Məsihə
İbrahimin səfəri üç gün çəkir. Nəhayət, onlar yalnız İbrahimlə İshaqın çıxacağı dağa yaxınlaşırlar. İbrahim xidmətçilərinə deyir ki, aşağıda, dağın ətəyində onları gözləsinlər. Bu hissə din araşdırmaçılarını çaşbaş salan mübahisəli məqamdır: İbrahim nökərlərə “məni” yox, “bizi gözləyin” deyir. Bunu necə başa düşmək olar? Bəlkə İbrahim xidmətçiləri sadəcə sakitləşdirmək istəyirdi? Ancaq “Əhdi-Cədid”ə görə, İbrahim oğlunu qurban kəsdikdən sonra Allahın İshaqı dirildəcəyinə inanırdı.
Rəvayətə görə, ürəyinə nəsə daman İshaq atasından soruşur: “Ata, odun var, ocağı da qaladın, bəs quzu haradadır?” İbrahim ona belə cavab verir: “Oğlum, Allah özü qurbanlıq quzu göndərəcək”. İbrahim bu sözləri söyləyərək oğlunu qurbangaha uzadır, əlindəki bıçağı uşağın boğazına çəkmək istəyəndə göydən səda gəlir: “İbrahim! İbrahim! Oğluna əl qaldırma, indi məlum oldu ki, sən Allahdan qorxursan, tək oğlunu ondan əsirgəmirsən!”
Beləliklə, Allah İbrahimi ən ağır sınaqdan keçirir.
İbrahimin bu iztiraba dözəcəyini Tanrı bilirdi. Lakin Tanrıya görə İbrahimin bu sınağa ehtiyacı vardı. Artıq erkən xristian doktrinasında İshaqın qurbanlığı Məsihin şəhadətinin proqnozu kimi qəbul edilir. Xristian teoloqlara görə, İsanın özü də bu rəvayəti öz taleyi ilə eyniləşdirirdi: “Atanız İbrahim mənim günümü görüb sevindi. Gördü və sevindi”.
Bir çox xristian din xadimləri oğlunu qurban verməyə hazır olan İbrahim atanı bəşəriyyətin xilası üçün oğlu Məsihin çarmıxda ölməsinə rüsxət verən Allah atayla müqayisə edirlər.
Bu əhvalatın mifik tərəfini bir kənara qoyaq. Məsələnin real nəticəsi o oldu ki, qəbilə başçısı İbrahimin zəkası (dindarlara görə imanı) sayəsində yəhudilərin və ərəblərin əcdadları insanı qurban verməyə son qoydular.
Rəssamların ilham mənbəyi
İbrahim oğlu İshaqın hekayəsi sənətdə, xüsusən də rəssamlıqda qeyri-adi populyarlıq qazanıb. Bu dini rəvayətin ən erkən nümunələri Dura Europosda yerləşən sinaqoqun divar rəsmlərində və Beyt Alfa sinaqoqunun divarlarındakı mozaikalarda əksini tapıb.
Orta əsr rəssamları İbrahimin oğlunu qurban verməsi mövzusuna tez-tez müraciət edirdilər. Bu əhvalatı əks etdirən ilkin əsərlərdən biri Karavadkonun çəkdiyi tablodur. Əsər rəssamı himayə edən kardinal Maffeo Barberiniyə həsr olunub. Həmin tablo olduqca təsirlidir. Şəkildə hətta mələk də narahat görünür və təşvişlə baxan quzu başını uzadaraq, sanki İshaqın yerinə qoyulması üçün dil açıb yalvarır.
İshaqın qurbanlığı əhvalatı məşhur barokko rəssamı Rembrandtın da populyar əsərlərindən birinin mövzusudur. Rəssam bu əsəri ilk oğlu Rombertin ölümündən sonra yaradıb. Rembrandt İbrahimin qaranlıq obrazı ilə solğun İshaq arasında güclü kontrast yaratmağa nail olub. Vəziyyətin gərginliyi isə xəncər və qını üzərindəki qiymətli daşların parıltısı ilə çatdırılır. Xəncərin tiyəsi köməksiz, məsum uşağın boğazına yönəlmiş formada təsvir edilir.
Bu süjetin böyük ustalıqla işləndiyi əsərlərdən biri də Mark Şaqalın müəllifi olduğu rəsmdir. Rəssam İbrahimin İshaqı qurban kəsmək üçün bıçağı qaldırdığı anı seçib. Lakin elə bu anda bir mələk onu dayandırır. Solda, ağacın yanında İshaqın anası Sara təsvir edilir. Onun simasından əzab yağır, əlləri isə mərhəmət üçün Tanrıya açılıb. Bu əsərdə iki zaman xətti var: indiki zaman - qurbanın kəsiləcəyi an, bir də gələcək zaman. Arxa plandakı gələcək zamanda İbrahim nəslinin faciələri təsvir olunur. Rəssam bu əsərində qucağı körpəli anaları və Məsihin çarmıxdakı əzablarını təsvir edir. Bu təsvirlər yəhudi xalqının gələcək iztirablarına işarədir.
Əsərdə üç rəng üstünlük təşkil edir: mavi, qırmızı və sarı. Şaqal mavi rəngi ilahi varlığın əlaməti kimi işlədir. Qırmızı tonlar isə fədakarlığın, fiziki-mənəvi iztirabların rəmzidir. İshaqın bədəni sarı rəngdədir. Rəssama görə, bu rəng həyatın canlılığına işarə vurur, İshaqın hərəkətsiz duruşu isə insanın Allaha təslim olduğunu əks etdirir.
Ümumən, dini rəvayətlər, mifik süjetlər əsrlər boyu ədəbi-estetik sənət sahələrinin dönə-dönə müraciət etdiyi zəngin mənbələr kimi bu gün də özünə olan marağı qorumaqdadır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

