Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Si Cinpin İsrail-Fələstin sülh konfransı təklifi ilə çıxış edib

Si Cinpin İsrail-Fələstin sülh konfransı təklifi ilə çıxış edib

30.05.2024 [14:28]

Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində keçirilən forumda ərəb liderləri və diplomatları qarşısında çıxış edərkən İsrail və Fələstinin HƏMAS silahlı qruplaşması arasında müharibəyə dair sülh konfransı keçirməyə çağırıb.

yeniazerbaycan.com xarici mediaya istinadla xəbər verir ki, Çin bu həftə Misir Prezidenti Əbdülfəttah əs-Sisi və bir sıra digər ərəb liderlərini Qəzzadakı müharibə ilə bağlı müzakirələrə dəvət edib. Bu gün nümayəndə heyətləri qarşısında çıxış edən Si Cinpin münaqişənin həlli üçün geniş tərkibli sülh konfransının keçirilməsini dəstəklədiyini deyib. O əlavə edib: “Yaxın Şərq geniş inkişaf perspektivləri ilə insanlara bəxş edilmiş torpaqdır, lakin orada müharibə hələ də davam edir. Müharibənin sonu olmalıdır”.

Çinin lideri, həmçinin bildirib ki, Pekin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir və daha geniş, əsaslı, nüfuzlu və effektiv beynəlxalq sülh konfransını dəstəkləyir. O qeyd edib ki, İsraillə yaxşı münasibətləri olan Çin onilliklərdir ki, İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllini müdafiə edir.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 699 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30